23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Səccad (ə) hər duadan öncə Allahı belə tərif edirdi
20.04.2019

"Həmd o Allaha məxsusdur ki, varlıq aləminin əvvəli odur, Ondan öncə bir əvvəl olmamış, axırdır, Ondan sonra bir axır yoxdur, O Allah ki, görənlərin gözü onu görməkdən, vəsf edənlərin düşüncəsi Onu vəsf etməkdən acizdir.

Yaranmışları qüdrət əli ilə xəlq etdi, onlara Öz iradəsi əsasında surət verdi, sonra hamını Öz iradəsi yolunda yola saldı, Özünə eşq və məhəbbət yolunda dirçəltdi. Mövcudat onlara təyin edilən ölçüdən bir addım irəli və geri götürə bilməz. Lütfündən onlar üçün məlum və bölünmüş ruzi qərar verdi, bol ruzi verdiyi kimsənin ruzisini heç kəs əskildə bilməz, ruzisini əskiltdiyi kimsənin ruzisini də heç kəs artıra bilməz.

Sonra onun həyatını müəyyən bir zaman təyin etdi və məhdud bir son qərar verdi ki, ömrün günləri ilə o sona qarşı addım atır, həyat illəri ilə ona yaxınlaşır ki, onun sonuna yetib vaxtının qədəhi dolduqca canını alır. Onu çoxlu savab, yaxud şiddətli əzaba sarı yönəldir ki, öz ədaləti ilə pislərə pis, və yaxşılara yaxşı əməllərinə görə cəza versin. Onun adları pakdır, uludur, nemətləri ardıcıldır, heç kəs onu etdiyi işə görə sorğu-suala tuta bilməz, lakin hamı onun sorğu-sualı altındadır. Həmd o Allaha məxsusdur ki, əgər bəndələrinə nemətlərinə şükr etməyi təlim verməsəydi nemətlərini sərf edib ona təşəkkür etməzdilər, ruzisində bolluq görüb şükr etməzdilər. əgər belə olsaydılar insanlıq həddindən çölə çıxıb heyvanlıq həddinə yetişərdilər və möhkəm kitabında buyurduğu kimi olardılar: «Onlar heyvan kimidirlər bəlkə onlardan daha da azğındırlar». Mübarək vücudundan bizə tanıtdıqlarından şükründən bizə ilham etdiklərinə görə,

Öz elmindən üzümüzə açdığı üçün, tohidində ixlaslı olmağa bizə yol göstərdiyinə görə, Öz işində şəkkə düşməyimizdən bizi uzaqlaşdırdığı üçün Allaha Həmd olsun, Bir cür Həmd ki, o həmdlə şükr edən bəndələri sırasında ömür keçirək, onunla razılığına öndə gedənlərdən irəli, onunla razılığına bir cür həmd ki, bərzəxin qardaşlarını bizə nurlandırsın, onun səbəbi ilə qiyaməti bizlərə asan etsin, o günün şahidləri yaşındakı məqamımızı artırsın, o gün heç kəsə zülm edilməz və zalımlara yardım göstərilməz, bir həmd ki, müqərrəblərinin şəhadət verdiyi illiyyun kitabında qeyd edilsin, bir həmd ki, göz qamaşan gündə gözlərimizin işıqlanmasına səbəb olsun, üzlər qaralanda üzümüz nurani olsun, bir həmd ki, bizi odun şiddətli əzabından Allahın kərəm sayəsində yerləşdirsin, bir həmd ki, onunla mələklərlə bərabər olaq, inayət hüzurunda yeri onlara dar edək və onun vasitəsi ilə əbədi evdə Mürsəl peyğəmbərlərin sırasında birləşək..."

/Səhifeyi-Səccadiyyə/