28 Oktyabr 2025 - 28
İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər”.
İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər”.
İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər”.
İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun”.
İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əməllə məşhur olsan da belə”.
İmam Səccad (ə) buyurur: “Bütün yaxşılıqlar camaatın əlində (ixtiyarında) olan şeylərə tamahı kəsməkdədir”.
İmam Səccad (ə) buyurur: “(Həddindən) artıq nəsihət etmək bədbinliyə səbəb olur”.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto