23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Səccadın dövrü nə üçün
30.04.2019

Hər dövrün özünə uyğun şəraiti olur və bu fərqli şəraitlər nəticədə üslubların fərqli olmasına səbəb olur. Yəni biz İmam Əlinin, İmam Həsənin, İmam Hüsyenin və digər imamların dövrünə baxanda görürük ki, yaşadıqları dövr, şərait, hakimiyyət və insanların zehniyyəti müəyyən qədər fərqlidir. Və fərqli şəraitdə eyni üslubu seçmək məntiqi bir yol deyil. Fərqli şəraitdə fərqli üslub seçmək, dövrün və zəmanənin şəraitinə uyğun üslub seçmək məntiqli bir addımdır. Və bunu biz İmam Səccadda da görürük. Təbii ki, İmam Hüseynin qiyamından sonra vəziyyət bir qədər gərgin idi, təzyiqlər daha da çoxalmışdı. Ona görə də İmam Səccad xüsusi nəzarətdə idi.

Tarixdə yazırlar ki, hətta İmam Səccadın evində belə casuslar var idi. Yəni imam bu qədər gizlin nəzarətdə idi. Çünki İmam Hüseyndən sonra bir dəstə oyanaraq qiyam etmişdi. Təvvabin kimi. İnsanlar artıq Yezidin həqiqi simasını tanımışdılar. Belə bir zamanda təbii ki, İmam Səccad təhlükə idi. Çünki o oyanmış camaatı daha da oyatmaq təhlükəsi var idi və bu da əsasən İmam Səccadın işi idi. Buna görə də çox ciddi şəkildə nəzarət olunurdu. Yəni bir növ imamı hər tərəfdən mühasirəyə almışdılar. Belə bir zamanda imkanların çox qıt olduğu şəraitdə imam ən münasib yol seçdi. Bu yol dua idi. İmam rahat minbərə gedə bilmirdi, rahat təbliğat edə bilmirdi, insanlarla rahat ünsiyyət qura bilmirdi. Belə bir dövrdə imamın öz fikirlərini və düşüncələrini çatdırmalarının ən asan yolu dua idi. Ona görə də İmam Səccadın dövrü dua dövrü olaraq daha məhşurdur.

Təbriz Qasımiv