19 Aprel 2025 - 19

19 Aprel 2025 - 19

Aşura hadisəsinin əbədi qalmasında həzrət Zeynəbin (ə) rolu
25.12.2017

Bizim qadınlarımız bilsinlər ki, onların bu sayıqlığı, məlumatlılığı, dözümlülüyü həzrət Zeynəbin (ə) İslam baxışından qaynaqlanırdı. O, Kərbəla hadisəsini tarixdə belə böyük və əbədi saxlaya bildi, bu hadisənin əzəmətli mənəvi və tarixi nəticələrini həmişəlik edə bildi.

Ümidvaram ki, Aşuranın böyük və həmişəyaşar qəhrəmanlığının əsas hissəsinin aid olduğu həzrət Zeynəb-Kübranın (ə) pak ruhu cəmiyyətin təkcə qadınları arasında yox, bütün üzvləri arasında canlı, hazır və dərs öyrədən olsun.

Baxın, Fatimeyi-Zəhranın (ə) qızı olan bu Zeynəb-Kübra (ə) öz dövrünün ən iqtidarlı sultanlarına - özü o zalım və qaniçən sultanın əlində əsir olduğu zaman - deyir ki, nə edə bilirsən et, sən bizi tarix səhnəsindən çıxarıb yolumuzu məhv edə bilməyəcəksən və bəşəriyyət bu yolu gedəcək. Əgər maddi iqtidar bacarsaydı, bu işi görərdi. Onlar da görərdilər.

Həzrət Fatimənin (ə) qızı həzrət Zeynəb-Kübra (ə) da başqa bir örnəkdir. O, yeni cəhətlərdə Peyğəmbər xanədanında üstün bir qadın rolunu ən gözəl şəkildə ifa etmişdir. O həzrətin Kərbəla hadisəsindən öncə Mədinədəki şəxsiyyəti çox görkəmli, məşhur və nümunə idi. O, elmi, mənəvi, əxlaqi, təqva, iffət və paklıq baxımından müsəlman qadınlar üçün nümunə seçilməyə və dərs götürülməyə layiqdir.

Ayətullah Xamenei