23 Noyabr 2024 - 23
İmam Səccad (ə) buyurur: "Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını təmir edirdi. Atam neçə dəfə bu şeri oxuyurdu:
Ya dəhru uffin ləkə min xəlil
Kəm ləkə bil işraqi vəl əsil
Min sahibin və talibin qətil
Vəd-dəhru la yəqnəu bil bədil
Və innəməl əmru iləl cəlil
Və kullu həyyin salikun səbil
“Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.”
Atamın bu şerləri oxumaqdan məqsədini anladım. Məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir. Lakin, bunları eşidən bibim özünü saxlaya bilmədi. Pərişan halda atamın yanına gəlib dedi: “Kaş ölüm gəlib, mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimə, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gün kimidir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: “Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın.” Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: “Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.” (Yəni düşmən bizdən əl çəkməyəcək.) Sonra bibim dilləndi: “Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.” Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.
Məhəmməd İştihardi.