23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Səccadın (ə) göz yaşı ilə təbliğatı
13.05.2019

İmam Səccadın ağalaması barədə hədislər müxtəlifdir. Bəzi hədislərə görə 20 il, bəzi hədislərə görə 40 il ağlayıb. Və deyirlər ki, imam hər zaman su içərkən gözləri dolardı. Amma burada bir məsələ var ki, çox önəmlidir və ona diqqət çəkmək lazımdır. O budur ki, imamın ağlamağı sırf atifədən doğan bir şey deyildi. Yəni insan bir yaxını dünyasını dəyişib deyə hər yaxınını yad edərkən ağlasın, imamın aölamağı bu sırf deyildi. İmamın burada gördüyü ən önəmli işlərdən biri korlanmış və təhrif olunmuş zehniyyəti islah etmək idi. İmam hər dəfə fürsət yaranan kimi bu fürsətdən istifadə edərdi və insanlara haqqı çatdırardı.

Baxın imam ağlayarkən nə edirdi? Deyirdi, mənim atama başı kəsilərkən su da verilmədi. İmam həqiqətdə bu faciənin böyüklüyünü və əzəmətini insanlara çatdırmaq istəyirdi ki, tarixdə Kərbəla adlı çöldə hansı böyük faciə baş verdi.

Bəziləri etiraz edirlər ki, axı imam niyə bu qədər ağlayır? Bu ağlamağın mahiyyəti nədir? Çox ağlamaq bir növ Allahdan ümid kəsməkdir. Halbuki bu belə deyil. Qurani-Kərimdə də bu barədə var ki, çox ağlamaq hər zaman ümudsizlik əlaməti deyil. Məsələn həzrət Yaqubun oğlu Yusif itmişdi, həzrət Yaqub ona o qədər ağladı ki, gözləri kor oldu. Qurani-Kərimdə ayələri var ki, hətta bəziləri etiraz edirlər ki, sən köhnə fikirlərində qalmısan. Bu qədər ağlamaq, sızlamaq, Yusifi xatırlamaq nəyə lazımdır. Bir hadisədir ki, üzərindən uzun müddət keçib və bu hadisə unudulmalıdır. Amma həzrət Yəqub belə deyildi və bu hadisəyə qarşı reaksiyası olduqca həssas idi. Və hər bir münasibətdə Yusifə olan o eşqini, məhəbbətini, əlaqəsini xatırladırdı. Təbii ki, Yusif ölməmişdi və həzrət Yaqub da bilirdi ki, Yusif sağdır sadəcə itib. Buna baxmayaraq həzrət Yaqubun Yusifə qarşı xüsusi məhəbbəti var idi və onun üçün ağlayırdı. Amma Yusif məsələsindən daha önəmli olan məsələ İmam Səccadın bu cür reaksiya bəsləməsi idi. Bu da olduqca təbiidir və dediyim kimi sırf atifə məsələsi deyil. Burada imamın bir növ təbliğatı nəzərə çarpır ki, imam bu fürsətdən istifadə edərək bu hadisənin mahiyyətini insanlara çatdırır.

Təbriz Qasımov