21 Noyabr 2024 - 21
Əhli-beyt və o nəsildən olanlar, mənəvi bir səltənətə namizədirlər. Dünya səltənəti ilə mənəvi səltənətin bir yerdə olması çox müşküldür. Ona görə də Qədər onları dünyadan küsdürdü, dünyanın çirkin üzünü onlara göstərdi ki, qəlbən dünyaya qarşı əlaqələri qalmasın. Onların əlləri müvəqqəti və keçici bir səltənətdən çəkildi. Lakin parlaq və daimi bir mənəvi səltənətə təyin edildilər. Adi bir əmir, vali yerinə, övliya və alimlərə öndər oldular.
Əhli-Beytə zülm edənlər axirətdə bunun cəzasını indi elə bir tərzdə görürlər ki, bizim onlara lənət və ya başqa şəkildə hücum etməklə köməyimizə bir ehtiyac qalmır. Və məzlum Əhli-Beyt, müvəqqəti bir əzab və zəhmət müqabilində o dərəcə yüksək bir mükafat görmüşdür ki, ağlımız idrak edə bilməz. Onlara indi nəinki ağlamaq, bəlkə onları o hədsiz rəhmətə nail olmaları münasibətiylə təbrik etmək lazımdır ki, bir neçə il əziyyətlə, axirətdə milyonlarca dərəcələr və əbədi səadətlər qazandıqları kimi, dünyada da qaldıqları zamanda, əhəmiyyətsiz, dünyanın fani səltənəti və müvəqqəti hakimiyyəti və qarışıq siyasətinə müqabil mənəvi bir sultan və həqiqət aləmində bir şah, mənəvi bir padşah məqamını qazandılar.
Xətadan dönməyin gözəl bir örnəyi – Hürr ibn Yezid
Ubeydullah ibn Ziyadın tabeçiliyində olan komandirlərdən biri idi. İmam Hüseyn öz yaxınları ilə birlikdə Şərafa çatdıqda Hürr ibn Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşdı. Həzrət Hüseyn Hürrdən geri qayıtmağı xahiş etdi. Lakin Hürr əmrə tabe olduğunu bildirdi və onlara Kufəyə getməyi buyurdu. İmam Hüseyn bundan imtina edib Şama üz tutdu. Hür onları müşayiət etdi və yolda Hüseynə döyüşməməyi nəsihət etdi.
Amma savaş fərqli bir nöqtəyə gəlincə və Kufəlilərin gerçək niyyətini öyrənincə içinə bir qorxu, əzab düşdü. Aşuradan bir gün öncə İmam Əli və həzrət Fatiməni düşünürdü. Səhər olunca Ömər Sədin qarşısına gəlib dedi: “Ey Ömər! Sən Hüseynin, Əhli-beytin dəyərini məndən daha yaxşı bilirsən. İndi onları öldürmək üçün bu qədər əsgəri hərəkətəmi gətirəcəksən?” deyir. Ömər Səd cavab verir: “Nə edə bilərəm ki, əmir belədir.”
Yəni əmr quluyam demək istəyir, günümüzün insanları kimi. Ömər bu işdə çarəsiz olduğunu bildirir. Hürr ibn Yezid dönüb əsgərlərinin yanına gəlir. Əsgərlərinin önündə atının üstündə tir-tir titrəməyə başlayır. Əsgərlərindən biri soruşur. “Qorxursanmı, ey Hürr, bu nə titrəməkdi?” Hürr ibn Yezid cavab verir:
– “Nə qorxması? Cənnət və cəhənnəm arasında gedib gəlirəm, ya sizin yanınızda qalıb cəhənnəmə gedəcəyəm, ya da Hüseynin yanına gedib cənnətə qovuşacağam.”
Tir-tir titrəyərkən atını Hüseynin olduğu tərəfə sürür. Hər kəs Hürrün Hüseynə hücum etdiyini düşünür. Əsgərlər kiminsə gəldiyini görüb Hüseynə xəbər verirlər və Hürrü tanıdığından buraxın gəlsin deyir. Hürr Hüseynin qarşısına gəlib dayanır. Və sözə bilirsinizmi necə başlayır?
Ey, Rasullullahın oğlu. Bəli, belədir Əhli-beytə xitab.
“Ey Rasulullahın oğlu! Allah məni sənə fəda etsin. Məni tanıdınmı? Mən səni məcbur şəkildə bu torpaqlarda yerləşdirən adamam. Mən çox böyük bir xəta etdim. Əllərimi səniə maneə yaratmaqla kirlətdim. Dilimi sizə qarşı sözlər söyləyərək kirlətdim. Səni və ailəni burada susuz buraxdım. Amma mən İbn Ziyadın səni buraxacağını zənn edirdim. Sonra gördüm ki, onlar səni öldürmək istəyir. Onun üçün sənə gəldim, üzr istəyib yanında ölmək üçün buradayam. Görəsən mənim kimi bir adama əfv varmı? Rəbbim etdiyim bu xətadan dolayı məni bağışlayarmı?”
Babasının məktəbindən əfvi, mərhəməti öyrənmiş İmam Hüseyn: “Heç olmazmı? De görüm sənin adın nədir?”
Hürr ibn Yezid: “Ananın şanı var olsun, ey Hürr. Nə gözəl isim qoymuş sənə. İki dünyada da hür (azad) olacaqsan. Allah səni inşəAllah məğfirəti ilə sorğu sual edəcək.”
Bir müddət sonra bir şeylər təklif etmək üçün Hüseynin yanına gəlir və qarşıdakı bu orduya nələrsə demək üçün icazə istəyir.
Ey kufəlilər, mən Hürr ibn Yezidəm.
“Ey, yazıq kufəlilər! Siz Rasulullahın nəvəsini dəvət etdiniz. Yanınıza gələndə də onu tək qoydunuz. İndi isə onu öldürmək üçün meydana çıxdınız. Siz necə insanlarsınız. Günlərdir o və onun səhabələri susuzluq içərisindədir. Yəhudilərin, məcusilərin, nəsranilərin sərbəstcə içdikləri, heyvanların girib nəsibləndiyi Fəratın suyundan onları məhrum etdiniz. Siz çox pis bir iş gördünüz. Siz peyğəmbərə nə pis xələflər oldunuz. Allaha hesabınızın çox çətin olacağını xəbər verirəm sizə!”
Bu sözlərdən sonra 30 nəfər kufəli İmam Hüseyn tərəfə keçdi. Hürr və əsgərləri Hüseynlə birlikdə döyüşərək şəhid oldular.
Beyyine.net