21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla əsirləri Yezid qoşununu öz qarşısında əsir etmişdi
11.06.2019

İlk baxışda Əhli-beyt əsir görünür. Amma mənəvi baxış ilə baxsaq, Əhli-beyt onları əsir etdi. Çünki buyurulur ki, insanlar tamah əsiri olarlar. Və hər kim tamah əsiri olsa, o kiçilər və sınar. İnsanlar həvayi-nəfsin əsiri olarlar. Yəni elə nəfsə tabe olan işlər görərlər və elə bilərlər qələbə çalıblar. Amma sonra görər ki, xeyr qələbə çalmayıb, əksinə nə olubsa, özünə olub. Dünyanın fikri budur ki, zalımlar, fəsad törədənlər, qan tökənlər və onların baxışları dünyadan başqa bir şey deyil və elə bilirlər insanları öldürməklə qalibdirlər. Və ya elə bilirlər birinin qollarını bağlayıb onu vurmaqla qəhrəman olurlar. Amma onlar da özləri bilmədən o qədər kiçilmişdilər ki, balaca uşaqların qorxusundan onların qollarını bağlayırdılar. Onlar bu əsirlərin qarşısında o qədər əsir olmuşdular ki, həzrət Zeynəbin danışığının qarşısında heç bir məntiqi sözləri yox idi. Kufəyə girəndə deyirdilər ki, Zeynəbi ya döyün, ya da öldürün. Sonra gördülər yox, mümkün deyil. Dedilər onda İmam Hüseynin başını aparın Zeynəbin qarşısına qoy qardaşının başını görsün danışa bilməsin. Bunlar özləri Əhli-beytin məntiqinin əsiri olmuşdular. Və bunlar bizə həyatımızda bunu öyrədir ki, insan, sənin vücudun çox dəyərlidir. Sənin bu vücudun nə halda olursa olsun gərək ondan həqiqətin davamı və yaşamı üçün istifadə edəsən.

Əli Əhmədpur