21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yerin-göyün əzaya boyanması
12.06.2019

Namaz, oruc və digər əməllər hər biri bizim ayrı-ayrılıqda vəzifə borcumuzdur. Bunlar qiyamət günündə bizim savabımıza, əcrimizə səbəb olsalar belə əslində boynumuza düşən vəzifənin ədasıdır. Amma o əməlllər var ki, qiyamət günündə bizə nicat verəcək və mənəviyyat aləmində bizə o dərəcələri bəxş edir, töhvə edir onlar İmam Hüseynin və digər Əhli-beytin əza günlərində əzalarını saxlamaq və şad günlərində də onların fərəhini, sevincini yaşamaqdır.

Ümumiyyətlə İmam Hüseynin şəhadətində belə bir hikmət, qüdrət var. Sanki buna təbiət də hazır olur. Çünki imamın vilayəti təkcə iradə və ixtiyar aləmində deyil imam genetik aləmə də hakimiyyət edir. Məhz elə ona görə də, hər il Aşura günü gələndə sanki təkcə insanlar deyil, möminlərin qəlbində şölələnən eşq deyil, hərarət deyil təbiətin özü də buna hazır olur. Amma biz onu görə bilmirik. Yəni o mövsüm sanki xatırladır o hadisəni. Bunlar hamısı nəyin göstəricisidir. O ağacın da, daşın da, ayın da, günəşin də dərki var, sadəcə biz eşitmirik, anlamırıq. Amma əslində bunlar hamısı mövsüm əsnasında hadisəni xatırladır. Amma biz onu harada hiss edə bilərik? Zaman kəsiyi yaxınlaşdıqca insanların qəlbində şölənin artması ilə. Yəni təkcə insanı, bəşəri və fiziki hərəkət deyil. Bəlkə təbiət də buna hazırlaşır və zaman və məkanda buna fürsət yaradır. Buna dərk lazımdır. Məhz elə bu təbiət ilə uzlaşaraq, təbiəti əsas götürərək irfani yanaşa bilərik və hardasa əxlaqi dəyər kimi də qiymətləndirmək olar.

Elman Rəsulov