22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşuranın böyüklüyü və onu bu günə qədər saxlayan səbəblər
24.06.2019

Bir adam üçün şəraitlər açıq olsun, amma İmam Hüseyn kimi axıra qədər getsin tarixdə belə şey olmayıb. Yarıdan qayıdıblar. Bunun mənası budur ki, bunların hədəflərinə məhəbbətləri olmayıb. Onlar yaşamaqdan ötəri düşmənin qarşısına çıxmışdılar, İmam Hüseyn isə yaşatmaqdan ötəri düşmənin qarşısına çıxmışdı. İmam Hüseyn dedi: "Mənim hədəfim yaşamaq deyil ki, mənim hədəfim yaşatmadır. Ona görə də axıra qədər getdi və başı kəsildi. Bəs nə üçün belə etdi? Yaşatmaqdan üçün...

İndi deyərlər məhəbbət bunun harasındadır. Məhəbbət orasındadır ki, insanlığa, insani yaşayışa, Allah bəndəsinin normal yaşamasına İmam Hüseyndə o qədər məhəbbət var idi ki, özünü qurban verdi insanlar və insanlıq yaşasın. Budur Aşuranın böyüklüyü və onu bu günə qədər saxlayan.

İmam Hüseynə nəyə görə belə baxılır ki, hakimiyyətə gəlmək istəyirdi? Nəyə görə belə baxılır ki, guya İmam Hüseyn hökmən şəhid olmaq istəyirdi? Xeyr! belə deyil. İmam Hüseynin hədəfində nə hakimiyyət yox idi, nə də şəhadət yox idi. Düzdür hamı şəhadət arzulayır, amma görün nə qədər peyğəmbərlər olub ki, şəhid olmayıblar. Deməli şəhadət hədəf deyil. Müəyyən yollar, işlər qabağa çıxanda ən üstün seçim hansıdır?! Allah yanında İmam Hüseyn və başqa imamlarda ən üstün seçim şəhadətdir .

Əhliman Rüstəmov