27 Oktyabr 2025 - 27
Əhli-beytə (ə) məhəbbətin artması Birinci xüsusiyyət olaraq bu məclislər Əhli-beytə (ə) məhəbbəti artırmalıdır. Çünki duyğusal rabitə çox dəyərli məsələdir. Siz ruhanilər elə etməlisiniz ki, uyğun məclislərdə iştirak edənlərin Hüseyn ibn Əliyə (ə), Peyğəmbər (s) ailəsinə və ilahi inancın qaynaqlarına qarşı məhəbbəti günbəgün artsın. Əgər Allah eləməmiş, həmin məclislərdə elə bir vəziyyət yaratsanız ki, dinləyici, yaxud bayırdan bir şəxs emosional baxımdan Əhlibeytə (ə) yaxınlaşmasa və əksinə, uzaqlaşma və bezikmə halı yaransa, belə məclislər nəinki özünün ən böyük faydalarının birindən məhrum olmuş, hətta bir baxımdan zərər də vurmuş olar. Siz görün belə məclislərin təsisçisi, yaxud natiqi kimi nə etməlisiniz ki, orada iştirak edən xalqın Hüseyn ibn Əliyə (ə) və Peyğəmbər (s) Əhli-beytinə (ə) sevgisi daha da artsın.
Ayətullah Xamenei
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto