23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Məqam-mövqe düşkünlüyünün ən acınacaqlı halı – Ömər ibn Sad
04.09.2019

Çox kədərli bir vəziyyət. Bunu anlatmaq insana çox ağır gəlir. Bilirsinizmi kimin övladıdır Ömər? Rasulullahın (aleyhissalətu vəssələm) Uhud döyüşündə kafirlərə ox atarkən “Atam-anam sənə fəda olsun, at ey Sad!” dediyi mübarək insanın, Cənnətlə müjdələnən səhabə Sad bin Əbi Vaqqasın oğlu. Demək ki səhabə oğlu olmaq insanı qurtarmırmış. Nuhun (Ona salam olsun) oğlu, İbrahmin (Ona salam olsun) atası olmaq onları qurtarmadığı kimi.

Ömər b. Sadın uşaqlığı Hüseynlə bərabər keçmiş və Hüseyni çox yaxşı tanıyan biri idi. Ömər b. Sad o günlərdə Rey və İsfahan valiliyini almış və valilik əmirnaməsi də əlində idi. Bir-iki günə də çıxıb gedəcəkdi. Gəlib sarayda Ubeydullahla görüşdüyü anda o şeytan dediyimiz adam Şimr, Ubeydullah b. Ziyada dedi ki, “əgər Hüseynin qarşısına sənin və mənim kimi adamlar çıxsa, xalq onun yanında olacaq. Sən Hüseynin qarşısına elə adam çıxar ki, ona tay, bərabər birisi olsun. O halda xalqı yanında tuta bilərsən.” və Şimr Ömər b. Sadı təklif etdi. Ubeydullah b. Ziyadın gözləri açıldı, vidalaşmaq üçün o gün saraya gələn Ömər b. Sada bunları söylədi.

– “Rey və İsfahan valiliyini istəyirsənmi?
Ömər:
– “İstəyirəm” dedi.
– “O zaman Hüseyni həll et, sonra gedərsən.”

Ömərin dünyası başına yıxıldı. Əslində istəmir, bilməzmi əhli beytin dəyərini, bilməzmi Hüseynin nə məna ehtiva etdiyini. Valilik bir tərəfdə, əhli beytin qanı bir tərəfdə, yəni dünya bir yanda, axirət də digər yanda. Bu fikir içində gəlib ev əhlinə məsələni danışdı. Heç kimsə qətiyyən razlaşmadı, xanımı, övladları qarşı çıxıb, “aman-aman, elə bir şey etmə, lənət olsun o valiliyə. Bir vəzifə üçün Əhli beytlə qarşı-qarşıya gəlmə.” dedilər.

Muğirə b. Şöbənin oğlu Həmzə b. Muğirə bu məsələ haqqında dayısı Ömərə dedi: “Ey Dayı! Allah eşqinə, Hüseynin üzərinə gedib də Rəbbinə qarşı günaha girmə! Hüseyn ilə aranızda olan qohumluq haqqlarını pozma!

Vallah yer üzünün bütün mülk və səltənəti sənin olsa nə əhəmiyyəti var! Hüseynin qanını tökərək Allahın hüzuruna getsən, Rəbbinə nə deyəcəksən?”

Ömər ibn Sad gəl-getlər arasında qalır, dünya yoxsa axirət. Çox təəssüf ki, sonda dünyanı seçir. İbn Ziyada gəlib bu işi qəbul etdiyini bildirir. O da bu işdən böyük dünyalıqlar əldə edir və digərləri kimi qazandıqların səfasını çəkə bilmədən Muxtar əs-Səqafi hadisəsində ölüb gedir.

Kərbəlada Hüseyn ilə Ömər b. Sad 3-4 dəfə bir araya gəldilər. Ömər əslində Hüseynlə savaşmaq istəmirdi. Ubeydullah b. Ziyada bu məktubu yazdı:

“Uca Allah, qarşıdurmanı dayandırmış və sözbirliyini təmin etmişdir. Hüseyn mənə, gəldiyi yerə dönməyi və ya onu istədiyimiz bir sərhəd bölgəsinə aparmağımızı təklif etdi. Ya da Yezidə, beyət edəcəyini söyləyir. Siz də bundan məmnun olarsınız, ümmət üçün də çox xeyirli bir nəticəyə gedilmiş olar.”

Halbuki, Hüseyn heç bir zaman beyətdən bəhs etməmiş, sadəcə “Buraxın məni, sonunda insanların nəyə qərar verdiklərini görək.” demişdir. Yəqin ki, Ömər b. Sad, Hüseynin şəhadəti ilə nəticələnəcək bir savaşın qarşısını almaq üçün bunları yazmışdır. İbn Ziyad bu məktubu aldıqda, şərtləri qəbul etdiyini bildirdi. Amma məsləhətçilərindən Şimr Zilcəvşən ayağa qalxaraq bunları söylədi:

“O sənin ərazində və yaxın bir yerdə yerləşmişkən, necə olur ki, bu təklifləri qəbul edirsən? Əgər sənə beyət etmədən buradan çıxıb gedərsə, daha da güc qazanar, amma sən zəyifləyə bilər və güc itirərsən. Əsla ona qulaq asma. Yumuşalma. O da, yoldaşları da sənin hökmünü qəbul etsin. Əgər bu halda cəza verəcəksənsə, əlbətdə cəza verməyə ən layiq sənsən. Əfv edəcəksənsə, bu sənin səlahiyyətin daxilindədir. Mənim qulağıma gələn xəbərlərə görə, Hüseyn ilə Ömər əsgəri qərargahda uzun-uzun söhbətləşirlərmiş.”

Bu sözlərdən sonra ibn Ziyad fikrindən döndü və Şimrə bir məktub verərək, bunu Ömər b. Sada göndərməsini söylədi. Məktubda, Hüseyn və yoldaşlarını hökmü qəbul edəcəyi təqdirdə cəld yanıma gətirilməsi, qəbul etməyəcəkləri təqdirdə isə üzvlərini paramparça edənə qədər onlarla savaşılması əmr edilir. Əmrləri dinləməyəcəyi təqdirdə isə əsgərlərinin ondan ayrılıb, vəzifənin Şimrə verilməsi bildirilirdi.

Şimr, ibn Ziyadın məktubunu Ömərə çatdırdı. Ömər məktubu oxuyub bunları dedi:

“Sən nə üçün belə edirsən? Allah qəhr etsin səni. Bunu niyə gətirirsən mənə? Biz işi düzəltməyi ümid edirdik, sən isə hər şeyi bərbat etdin. And olsun ki, Hüseyn əbədiyyən təslim olmaz. O, babasının daşıdığı ruhun eynisini daşıyır.” dedi. Şimr: “Bəs yaxşı nə edəcəksən?” deyə soruşdu. Ömər, “Bu işi üzərimə götürəcəyəm” dedi.