24 Noyabr 2024 - 24
İlk Həmləni dəf edərkən şəhid olanlar.
Düşmənin ilk kütləvi hücumu nəticəsində səhabələrin onlarla nəfəri şəhid oldular. Onların sayı və şəxsiyyəti barədə çəlumatlar bəzi fərqlərlə tarix kitablarında mövcuddur. Əksər tarixlər ilk həmlədə şəhid olanların sayının 50 nəfərdən (və ya 51) nəfərdən ibarət olduğunu yazmışlar. İbn Şəhraşud "Mənaqib" kitabında ilk həmləni dəf edərkən şəhid olan 28 nəfərin adını çəkib və qeyd edib ki, bunlardan əlavə, daha 10 nəfər qulam da şəhid olub. Mərhum Şeyx Abbas Qummi isə "Müntəhal-amal" kitabında ilk həmlənin müdafiəsində şəhid olduğu ehtimal edilən 51 nəfərin adını çəkdikdən sonra qeyd edib ki, bunlardan əlavə,, İmam Əlinin (ə) azad etdiyi 2qulam və İmam Hüseynin (ə) 10 qulamı da o zaman şəhadətə yetmişlər. Seyyid İbrahim Musəvi "Vəsilətud-dareyn" kitabında 51 nəfər ilk həmlə şəhidinin adını siyahı halında verir və sonra kitabın mətnində onların hər biri haqqında nisbətən ətraflı məlumat təqdim edir. Seyyid Cavad İftixariyan Damğani "İmam Hüseyn (ə) və ya məzhəri-azadəki" əsərində ilk həmlədən müdafiə zamanı 50 nəfərin həlak olduğunu yazsa da, onlardan yalnız 45 nəfərinin adını siyahı halında təqdim etmişdir. ( bunlardan 7-sini qulamlar təşkil edir). Əli Həzəri Münfərəd də "Qisseyi-Kərbəla" kitabında cəmi 40 nəfər şəhidi adını ilk jəmləni dəf edərək həlak olanlar siyahısında yerləşdirilmişdir.
1 Abdullah ibn Yezid ibn Subeyt (və ya Nubeyt) Əbdi Qeysi Bəsri.
İmam Hüseyn (ə) qiyama qoşulmaq üçün bəsrəlilərə dəvət məktubu yolladıqndan sonra şəhərdəki Əhli-beyt tərəfdarları bir evə toplaşıb gizli yığıncaq keçirirdilər. Həmin yığıncaqlarda iştirak edən Abdullah və Ubeydullah adlı iki qardaş öz ataları Yezid ibn Subeytlə (və ya Nubeyt) birlikdə Bəsrədən çıxıb Məkkəyə gəldilər. Orada İmamla görüşüb Kərbəlaya kimio həzrətin müşayiət etdilər. Aşura günü hər iki oğul düşmənin ilk həmləsini dəf edərkən həlak oldu, ataları isə təkbətək çarpışmalarda şəhadətə çatdı. Abdullah ibn Yezidin adı "Ziyarəti-Nahiyeyi-Müqəddəsə"də çəkilib.
2. Əbdurrəhman ibn Əbdi-rəbbihi Ənsari
Həzrət Peyğəmbərin səhabəsi olmaq şərəfinə nail olmuşdur. Tarixlərdə yazıldığına görə,həzrət Əli (ə) xəlifə seçildikdən azacıq sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and verdi ki, Qədir-Xum hadisəsini Peyğəmbərdən eşidiblərsə şəhadət versinlər. Səhabələrdən bir neçəsi, (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb peyğəmbərin dilindən: "Mən hər kimin Mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisinin eşitdiklərini təsdiq etdilər. Qədir-Xumda iştirak etdiyi halda, bunu dananlar və şahidlik etməyənlər Əlinin (ə) nifrini ilə bəlaya düçar oldular. Əbdurrəhman ibn Əbdi-rəbbihi Ənsari də Qədir-Xum hədisini İmam Əlinin (ə) hüzurunda təsdiq edənlərdən idi. Rəvayətlərə görə, o, Quran oxumağı həzrət Əlidən (ə) öyrənmişdi.
Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə İmam Hüseyn (ə)-a qoşulmuş, onunla birlikdə Kərbəlaya gəlmişdi. Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman Əbdurrəhman ibn Əbdi-rəbbihi ilə Bureyr ibn Xuzeyr həmdani ( onun haqqında gələcək bölmələrdə məlumat veriləcək) çadırın girişində durub keşik çəkirdilər. Bureyr həmin vaxt Əbdurrəhmanla zarafat etməyə başladı. Zəhimli xasiyyətə Malik Əbdurrəhman etiraz edib Bureyrə söylədi ki, zarafatın yeri deyil. Bureyr belə cavab verdi: "Ey Əbdurrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nədə indi (ahıl vaxtımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur, çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim.
3. Aiz ibn Mücəmme ibn Abdullah Aizi
Yəməndən,Məzhic qəbiləsindən idi. İmamın qasidi Qeys ibn Müsəhhir Seydavi Kufədə qətlə yetirildikdən sonra Aiz atası Mücəmmə ibn Abdullah Aizi və daha bir neçə nəfərlə birlikdə Şəhərdən çıxıb, yolda İmam Hüseynə (ə) qoşulmalarına mane oldu. Lakin İmam məsələyə qarışaraq ata ilə oğlu azad etdirdi. Aiz ilk həmləni dəf edərkən, atası Mücəmmə isə təkbətək savaşlarda şəhid oldular. Qeyd etmək yerinə düşər ki, tarixi mənbələrin heç də hamısında Aiz barəsində məlumat verilmir.
4. Amir ibn Müslimi Əbdi
Bəsrədən idi. Nəsəbi belədir. Amir ibn Müslimi ibn Həssan ibn Şüreyh ibn Sədi ibn harisə Əbdi Bəsri. Qulamı Salimlə birlikdə Məkkədə İmam Hüseynə (ə) qoşulub, onlarla Kərbəlaya gəldilər. Hər ikisi ilk Həmlədə şəhid oldu. Adı "Ziyarəti-Nahiyeyi-Müqəddəsə"də çəkilir.
5. Bişr ibn Əmr Həzrəmi
Adını "Bəşir" kimidə nəql etmişlər. Yəməndən, Həzrəməvət məntəqəsindən, Bəni-Kində qəbiləsindən idi, İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra Bişr ona qoşulmuşdu. Aşura gecəsi Bişrə xəbər gətirdilər ki, oğlu Rey şəhəri uğrunda gedən cihadda iranlılara əsir düşüb, onu xilas etmək üçün canbahası vermək tələb olunur. İmam öz beytərini Bişrin üzəindən götürüb onu azad buraxdı ki, gedib oğlunu azad etsin. Lakin Bişer o həzrəti tərk etməyəcəyini bildirib, getməktən imtina etdi. Onda İmam Hüseyn (ə) Bişrə bir neçə ədəd bahalı parçadan köynək bağşıladı ki, heç olmasa, oğlunun canbahası olaraq göndərsin. Bişr köynəkləri qulamı vasitəsi ilə göndərib, özü Kərbəlada qaldı və Aşura günü şəhid oldu. Rəvayətə görə, İmam Hüseyn (ə) Bişrə getmək icazəsi verəndə o, belə demişdi: "Əgər səndən ayrılsam və az adamla ssəni tənha qoyub getsəm, qoy vəhşi heyvanlar məni parçalayıb ysin! Ya Əba Əbdillah, bu, heç vaxt mümkün olan iş deyil" Bəzi tarixçiləryazmışlar ki, Bişr ilk həmləni dəf edərkən deyil, sonra həlak olmuşdur. Bu nəzəriyyə əsasən, İmamın bütün səhabələri (Əhli-beytdən başqa) arasında ən sonda şəhid olan iki şəxsdən biri Bişr imiş. Adı "Ziyarəti-Nihaueui-Müqəddəsə"də çəkilib.
6. Bəkr ibn Həyy Teymi
Bəzi tarixçilər onu teym, bəziləri isə Təmim qəbiləsinə aid etmişlər. Nəsəbini belə qeyd etmişlər: Bəkr ibn Həyy ibn Teymullah ibn Sələbə Teymi. O, Ömər ibn Sədin qoşununun tərkibində Kərbəlaya gəlmiş, orada hidayət olaraq, İmamın tərəfinə keçmişdir.
7. Cabir ibn Həccac Teymi
Nəsəbinin belə yazmışlar: Cabir ibn Həccac ibn Abdullah ibn Rəab ibn Nomən ibn Sənan ibn Ubeyd ibn Ədiyy Teymi. Bəni-Teymullah ibn Sələbə qəbiləsindən Amir (və ya Ad) ibn Nəhşəl Teyminin qulamı və Kufənin cəsur şəxslərindən idi. Müslim ibn Əqilin hərəkatı zamanı ona beyət etmiş, Müslimin şəhadətindən sonra bir müddət gizlənmişdi. Sonra Ömər ibn Sədin qoşununun tərkibinə qatılıb Kərbəlaya gəlmiş, orada İmam Hüseynin (ə) tərəfinə keçmişdi.
8. Cəbələ ibn Əli Şebani
Kufədə həzrət Əlinin (ə) yaxın silahdaşlarından sayılırdı, Siffeyn savaşında iştirak etmişdi. Müslim ibn Əqilin Kufədəki fəaliyyəti zamanı ona yardım göstərmişdi, Müslimin şəhadətindən sonra öz qəbiləsinə dönərək bir müddət gizlənmişdi. Sonra Kərbəlaya gəlib, İmam Hüseynə (ə) qoşulmuşdu. Adı "Ziyarəti-Nahiyeyi-Müqəddəsə"də çəkilir.
9. Cuveyn ibn Malik Zəbəyi Teymi
Adını "Cuveyr" və ya " Huveyy" kimi də yazmışlar. Nəsəbi belədir: Cuveyn ibn Malik ibn Qeys ibn Sələbə. İslam fəthlərində iştirak etmişdi. O da Ömər ibn Sədlə birlikdə Kərbəlayadək gəlmiş, orada gecə vaxtı İmam Hüseynin (ə) tərəfdarlarına qoşulmuşdu. Bəzi tarixçilər çaşaraq, onu İmamın zənci qulamı Cövn ilə eyni adam hesab etmişlər. Adı "Ziyarəti-Nəhiyyeyi-müqəddəsə"də çəkilir. "Ziyarəti-rəcəbiyyə"də adı Cuveyn kimi qeyd edilib.
10. Cündəb ibn Kindi Xəvlani
Kufəlidir, Bəni-Kində qəbiləsindəndir. Bəziləri atasının adını "Hüceyr" yazmışlar. Nəsəbi belədir. Cündəb ibn Hüceyr ibn Cündəb ibn Zuheyr ibn Haris ibn Kuseyr ibn Cəşm ibn Huceyr Kindi Xəvlani Kufi. Bəziləri onu səhabə hesab etmişlər. Siffeyn savaşında İmam Əli (ə) onu İində və Əzd qəbiləsinin döyüşçülərinin başçısı qoymuşdu. Kufədə Əhli-beyt tərəfdarı kimi tanınırdı. Hürr İmam Hüseynin (ə) yolunu kəsməzdən qabaq İmamın dəstəsinə qoşulmuşdu.
Adı "Ziyarəti-Nəhiyyeyi-müqəddəsə"də çəkilir. (Cundəb ibn Hicr Xovlani. "Ziyarəti-rəcəbiyyə"də (Cundəb ibn Huceyr" kimi xatırlanır.
11. Cuandə ibn Kəb (və ya Haris, yaxud Hərs)
Məkkədən İmamla bilikdə çıxmış və Kərbəlaya kimi onu müşayiət etmişdir. Oğlu Əmr ibn Cunadə də Aşura günü təkbətək döyüşdə şəhid olmuşdur.
12. Hənzələ ibn Əmr Şeybani
Kufəlilidir, Həmdən qəbiləsindəndir. Bəzi tarixçilər onun təkbətək döyüşdə şəhidf olduğunu və əslində adının Hənzələibn Əsəd Şibam olduğunu qeyd etmişlər. (onun barsəində gələcəkdə məlumat veriləcək).
13. Hübab ibn Amir ibn Kəb ibn Teymullah ibn Sələbə Teymi
Mənbələrin yalnız bəzilərində, onun adına rast gəlinir. Kufədə Müslimə vbeyət etmiş, qiyam yatırılandan sonra gizlicə şəhəri tərk edib, kərbəla yolunda özünü İmam Hüseynə (ə) çatdırmışdır. İbn Şəhraşub "Mənaqib" kitabında ilk həmləni dəf edərkən şəhid olanlar sırasında Hübab İbn Harisin adını çəkir ki, ehtimala gpörə, elə Hübab ibn Amirlə eyni adamdır.
14. Həlas ibn Əmr Rasibi Əzdi
Əzd qəbiləsindəndir. Özü və qardaşı Noman Kufədə yaşayırdılar. Hər iki qardaş Həzrət Əlinin (ə) sadiq ardıcıllarından idi. Həlas həzrət Əlinin (ə) xilafəti dövründə Kufədə şəhərdaxili nizamiqüvvələrin (şəhər polisinin) rəisi vəzifəsini icra etmişdir. Həlas və Noman əvvəlcə Ömər Sədin qoşunun tərkibində Kərbəlaya gəldilət (görünür, onlar təkbaşına imamın xidmətinə yetişə bilməyəcəklərini başa düşüb, fənd işlətmiş və düşmən ordusuna qoşulmuşdular). Kərbəlada məhərrəm ayının 8-də onlardan ayrılıb İmam Hüseynə (ə) qoşulmuşdular. Həlasın adı "Ziyarəti-rəcəbiyyə"də çəkilir.
15. Həccac ibn Zeyd Sədi Bəsri
Bəsrədən, Bəni-Səd ibn Təmim qəbiləsindən idi. Adını Həccac ibn Bədr (və ya Yezid) kimi də yazmışlar. Həccac vaxtı ilə İmam Əlinin (ə) şiələrindən olmuşdur. O, Bəsrədəki Əhli-beyt tərəfdarlarının məktubunu İmam Hüseynə (ə) çatdırdı və onbunla birlikdə Kərbəlada qaldı. Adı "Ziyarəti-Nahiyeyi-Müqəddəsə"də Həccac ibn Zeyd Sədi kimi çəkilir. "Ziyarəto-rəcəbiyyə"də isə Həccac ibn Yezid kimi verilib.
16. Haris (və ya Hərs) ibn Nəbhan
Peyğəmbərin əmisi Həmzənin qulamı idi. Atası Cənab Həmzənin şəhadətindən 2 ili sona vəfat etmişdir. Haris özü ömrü boyu Əhli-beytin xidməində durmuşdur. O, Mədinədən İmam Hüseynlə (ə) birlikdə çıxdı və Kərbəlaya kimi onu müşayiət edərək Aşura günündü ilk həmləni dəf edırkən şəhid oldu.
17. Haris ibn İmraul-Qeys Kindi
Nəsəbini belə yazmışlar: Haris (və ya Hərs) ibn İmraul-Qeys ibn Abis ibn Munzir ibn İmraul-Qeys ibn Əmr ibn Müaviyyətul-Əkrəmin Kindi. Əvvəlcə Ömər ibn Sədin qoşununda olmuş sonra 3 nəfərlə birlikdə İmam Hüseynin (ə) tərəfinə keçmişdir. Aşura günündə ilk həmləni dəf edərkən döyüş meydanında əmisi ilə qarşılaşdı. Əmisi: İndi öz doğma əmini öldürəcəksənmi? Deyə soruşanda, Haris Sən mənim əmimsən amma Allah mənim rəbbimdir cavabını verib onu öldürdü.
18. Əbdürrəhman ibn Abdullah Ərhəbi Həmdani
Nəsəbi belədir: Əbdürrəhman ibn Abdullah ibn Kudər (və ya Kudən) ibn Ərhəb ibn Dəam ibn Malik ibn Müaviyyə ibn Sub ibn Rədəman ibn Bukeyr Həmdani Ərhəbi. Kufədə Müslim ibn Əqilin tərəfdarlarından olmuş Kufəlilərin məktublarını İmam Hüseynə (ə) çatdırmışdır. Qasid sifəti ilə Ramazan ayının 12-də İmamın hüzuruna yetişəndən sonra ondan ayrılmamış və Kərbəlaya kimi onu müşayiət etmişdir. Kufənin möhtərəm və şücaətli şəxslərindən sayılırdı. Bəzi tarixçilər onu təkbətək döyüşdə həlak olanlar sırasında qeyd etmişlər.
Adı "Ziyarəti-Nahiyeyi-müqəddəsə"də və həmdə "Ziyarəti-rəcəbiyyə"də çəkilib. Ehtiman olunur ki, "ziyarəti-rəcəbiyyə"dəki Əbdurrəhman ibn Abdullah Əzdi iə eyni adamdır.
19. Əbdürrəhman ibn Məsud ibn Həccac Təmimi
Atası Məsudla birlikdə Ömər ibn Sədin qoşununun tərkibində Kufədən Kərbəlaya gəlmiş, orada ayrılaraq məhərrəm ayının 7-də İmam Hüseynə (ə) qoşulmuşlar. Amma Əbdurrəhmanın Kərbəlada şəhid olması heçdə bütün tarix kitablarında təsdiq oluynmayıb. Həm özünün həmdə atasının adı "Ziyarəti-Nahiyeyi-müqqəsə"dəı çəkilir.
20. Ədhəm ibn Umeyyə Əbdi
Nəsəbini belə yazmışlar. Ədhəm ibn Umeyyə ibn Əbi Ubeydə ibn Humam ibn Haris ibn Bəkir ibn Malik ibn Hənzələ ibn Malik ibn Zeyd Əbdi. Bəsrədə Əhli-beytin tərəfdarlarından olmuşdur. Bəsrə şiələrinin gizli yığıncaqlarında iştirak etmiş Yezid ibn Subeytin təşəbbüsü ilə ona qoşulub Məkkəyə İmam Hüseynin (ə) hüzuruna gəlm işdir. Atası Peyğəmbərin səhabələrindən idi. Peyğəmbərin vəfatından sonra Bəsrədə məskinlaşmışdı.
21. Əmmar (və ya Əmmarə) ibn Əbi Səlamə Dalani Həmdani
Nəsəbini belə qeyd etmişlər: Əmmar ibn Əbi Səlamə ibn Abdullah ibn İmran ibn Rəs ibn Dalan ibn Həmdani. Həzrət Əlinin (ə) səhabələrindən olmuş Cəməl, Siffeyn və Nəhrivan savaşlarında iştirak etmişdir. Hətta rəvayətlərə görə, Həzrət peyğəmbəri görmüş və onun səhabəsi olmuşdur. Adı "Ziyarəti-Nhiyeyi-müqəddəsə"də çəkilir.
22. Əmmar ibn Həssan ibn Şereyh Tai
Əhli-beyt tərəfdarı kimi tanınmışdır. Atası İmam Əlinin (ə) tərəfdarlarından olmuş o, Həzrətin müharibələrində şəhadətə yetmişdit. Əmma Məkkədə İmam Hüseynə (ə) qoşuldu və Kərbəlaya kimi onu müşayiət etdi. Adı "Ziyarəti-Nahiyeyi-müqqədəsə"də çəkilir.
23. Əmr ibn Zubeyyə ibn Qeys ibn Sələbə Zəbui Təmimi
Ömər ibn Sədin qoşununun tərkibində Kərbəlaya gəlmişdir. Lakin orada gördü ki, İmamın heç bir ədalətli şərtini qəbul etmirlər və onu qətlə yetirmək istəyirlər. Əmr vəziyyəti belə görəndə qoşundan ayrılıb İmam Hüseynə (ə) qoşuldu. Adı "Ziyarəti-Nahiyeyi-müqəddəsə"də çəkilir. "Ziyarəti-rəcəbiyyə"də adı əksinə Zubryyə ibn Əmr kimi verilir.
24. İmran ibn Haris Əşcəi
Bəziləri onun adını İmran (Ömər və ya Əmr) ibn Kəb ibn Haris Əşcəi kimki yazmışlar. "Ziyarəti-rəcəbiyyə"də adı Ömər ibn Əbi Kəb kimi verilir. Haqqında bundan artıq məlumat tapa bilmıdik.
25. Qarib ibn Abullah ibn Əriqət Leysi Duəli
İmam Hüseynin (ə) qulamı atası Abdullah hicrət zamanı Peyğəmbrimizə bələtçilik etmişdir. Anası Fukeyhə İmam Hüseynin kənizi idi və Rübaba (imamın xanımına) xidmət edirdi. Qarib Mədinədən İmam Hüseynlə (ə) birlikdə çıxmış və Kərbəlaya kimi onu müşayiət etmişdir. Adı "Zuyarəti-Nahiyeyi-müqəddəsə"də çəkilir.