21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəlada İmam Hüseynin hədəfləri
09.09.2019

Məhərrəmliklərdə xətiblər, mərsiyə deyənlər, rozəxanlar İmam Hüseyn hədəfindən danışsınlar.

Birinci, ümməti islah etmək. Bidət baş alıb getmişdi, İmam dedi mən gedirəm Peyğəmbərin (s) gətirdiyi dinin ümmətini islah edim.

İkinci, əmr be məruf və nəhy əz munkər. Yaxşılığa dəvət, pislikdən çəkindirmək. Peyğəmbərin sünnətini diriltmək.

Hədisdə buyurulur ki, ümmətimin arasında bidətlər ortaya çıxdığı zaman alim elmini aşkar edib bu bidətlərə qarşı baş qaldırmasa, Allahın lənəti ona olsun.

Haqla birlikdə batillə mübarizə. İslam hökumətini təşkil etmək. Cəhalətlə mübarizə aparmaq. Əli (ə) buyurur: "Mənim belimi cahil abidələr sındırdı". Cahil olduqlarına görə İmam Hüseyni tanımamışdılar.

Ziyarəti Ərəbində də buyurulur ki, İmam Hüseyn qəlbinin qanını sənin yolunda verdi, fədakarlıq etdi. Ona görə ki, cahil bəndələri cahillikdən, nadanlıqdan çıxarıb Allaha tərəf yönəltsin.

Ədaləti icra etmək idi İmam Hüseynin hədəfi. Şəfaət məqamı idi, istəyirdi ki, qiyamət günü məşhərin şəfisi ola İmam Hüseyn. Münafiqlərin üzünü açmaqdan ötrü İmam Hüseyn Kərbəlada qiyam etdi. Və müsəlmanları İmam Hüseyn imtahan etmək istəyirdi. Kərbəla - 30 min məktub və 72 şəhid. İnsanların həqiqəti üzə çıxdı.

Hacı Hacıyev