08 May 2024 - 8

08 May 2024 - 8

Aşura məktəbinin mahiyyəti
12.09.2019

Bu məktəb insana nə verməz və verməyib? Kim bu məktəbdə şagird olub ustad ola bilməyib? Bu məktəbin bir gün şagirdi dünyaya ustad olub. Bir gün Əli Əsğəri (ə) tanısa insan, məktəbdə bir gün tələbə ol, bütün dünyaya ustad olacaqsan. Tarix göstərməyib ki, həzrət Əli Əsğərin tələbəsi olanlar necə dünyaya ustad olublar? Budur Aşuranın mahiyyəti ki, tanıyasan nə üçün 6 aylıq körpə Əli Əsğər (ə) o yolda qurban gedib, nə idi hədəf. İnsan bu həddə çatanda, bu hədəfə nəyini qurban verməz? Həzrət Rübabı kim görmüşdü ki? Leyla xanımı kim görmüşdü ki? Ölən gününə qədər qalmışdı səhrada. Ərəbistanının istisində gün düşən vaxt bir dəfə də kölgəyə sığınmadı. Qəlbi yanırdı İmam Hüseynə, tanıyırdı İmam Hüseyn kimdir, bilirdi onu hansı yolda şəhid ediblər. Biz İmam Hüseyn ağanı tanıyıb ağlayanların göz yaşlarından öyrənmişik Aşura məktəbini. Biz İmam Hüseyn ağanı tanıyıb həqiqi əzadarları görüb İmam Hüseyn ağanın məktəbinə gəlmişik.

Qurban Cəfərov