21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla şəhidlərinin sayı neçə idi?
17.09.2019

Bəzi tarix kitablarında şühədanın sayının 124 nəfər olduğu qeyd edilib. Əhli-sünnə tarixçiləri 480 nəfər olduğunu qeyd edirlər. Mübarək nahiyə ziyarətnaməsində onların sayının 83 nəfər olması qeyd olunur. Ən məşhuru isə budur ki, 72 nəfər olublar. Bəzi alimlər, tarixçilər qeyd olunan rəqəmlərə müəyyən izahlar gətiriblər. Bildiriblər ki, 72 nəfər yalnız ərbabın adı idi. Çünki orada elə şəxslər vardı ki, şəhid oldular, onların nökərləri də vardı. Məsələn İmam Hüseynin (ə) 6 nökəri Kərbəlada şəhid oldu. Bəzi tarixçilər isə qeyd ediblər ki, 72 nəfər tanınmış şəxsiyyətlər olub, digərlərinin isə adları tarixə düşməyib.

İmam Hüseynin qızlarının birinin dilindən nəql olunur ki, onlara kömək etmək istəyənlər çox idi, ancaq İmam Hüseynin Aşura gecəsindəki xütbəsindən sonra bir çox insan onları tərk etdi. Onlardan bəziləri İmamla sağollaşıb getdi, bəziləri də sağollaşmadan. İmam Hüseyn də onlar utanmasınlar deyə əbasını üzünə çəkdi.

Hacı Həsən