21 Noyabr 2024 - 21
Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir ki, İmam öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması imamı dilə gətirdi: “Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən xeyirxah ailə tanımıram.” (“Vəqətül-təf”, s.197)
Eyni mənbədə bildirilir ki, Müslim, Hani və Əbdüllahın şəhadət xəbərindən sonra İmam öz ətrafındakılara buyurdu: “Ey mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin. Belə ki, biz öz beyətimizi sizin üzərinizdən götürdük.”
Sonra nəql olunur ki, İmamın döyüşçüləri dəstə-dəstə dağılışmağa başladılar. İmamın ətrafında Mədinədən onunla bir yerdə yola çıxmış kiçik bir qrup qaldı.
Rahat həyat arzusu ilə İmama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.
Mötəbər mənbələrdə həmin andan sonra kimsənin İmamı tərk etməsi barədə məlumat yoxdur.
ahlibeyt.ge