21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura – qanın qılınca qalib gəldiyi gündür
30.09.2019

Aşuraya aid hadisələrə diqqət etdikdə, görürük ki, bir qisim hadisələr Aşura gününədək baş verənlərdir, bir qisim bilavasitə Aşura gününün hadisələridir, digər hissəsi isə Aşuradan sonrakı dövrə aiddir.

Aşura günündən əvvəlki period – İmam Hüseyn Mədinədən çıxmağa hazırlaşandan, Mədinədən çıxıb Məkkəyə gələndən, Məkkədən çıxıb Kufəyə doğru hərəkət edəndən, gəlib Kərbəlaya çatanadək, burada dayanacaq quranadək olan bir zaman kəsimidir. Eyni zamanda, bu period İmamın ümumi mesajlar göndərməsi ilə səciyyəlidir. Hər an Yezid lənətliyin istibdadından və ümmətə, İlahi dəyərlərə olan təhlükədən insanları agah edir. Kərbəla səhnəsində də, ilk gündən Aşura gününədək insanlara həqiqətlər çatdırır. Hər nə lazımdırsa, edir ki, insanların seçimləri iradəvi olsun. Bütün vasitələrlə İmam Hüseyn bir işlər görür ki, insanların seçimi şüurlu olsun. Sonra heç kəs deməsin ki, “mən anlamadım nə baş verirdi”. Eyni zamanda, İmam onunla qayğılanırdı ki, yanındakı insanlar etdiklərinin nə üçünlüyünü, niyəliyini dərk etsinlər, əhəmiyyətini anlasınlar. Seçimlərini şüurlu etsinlər, İmamın yanında şüurlu olaraq qalsınlar, niyə qaldıqlarını bilsinlər, özləri üçün bunu müəyyən etsinlər. Kor-koranəlik olmasın, vərdiş olmasın, növbətçi xarakter daşımasın.

İlqar İbrahimoğlu