09 May 2024 - 9

09 May 2024 - 9

Bizə çatan bərəkətlər - Kərbəladandır
17.10.2019

Böyük alimlərimizdən biri tövsiyələrində buyurur: “O sünnəti rövzələri və o müsibətləri diri saxlayınız. Bizə çatan nə bərəkət varsa, onlardandır. Bu bərəkətlər - Kərbəladandır. Kərbəla və Seyyiduş-Şühədanın (ə) mübarək adını diri saxlayınız ki, onun diri qalması ilə İslam diri qalır”. Rövzə və mərsiyələri diri saxlamaq - o deməkdir ki, onları qorumalıyıq, yaşatmalıyıq. Əzadarlıqlar təşkil olunmalı və həmin əzadarlıqlarda İmam Hüseynin Kərbəla müsibəti insanlara çatdırılmalıdır. Necə ki, İmam Hüseyn Kərbəlanı yaşamaqla İslamı diriltdi, onu bir din olaraq aradan getməyə qoymadı, eləcə də Kərbəla müsibətini diri saxlamaqla İslam dininin diri qalmasına səbəb olarıq. Bizim əldə etdiyimiz bütün bərəkətlər - İmam Hüseynin əzadarlığındandır.