21 Noyabr 2024 - 21
Yaxşı bir məddah və rövzəxan necə olmalıdır?
Cavab: Birincisi, oxuduqlarında yalan olmamalıdır. İkincisi, məsumlara (ə) münasibətdə şişirtmə olmamalı, yəni hədd aşılmamalıdır. Onların məqamı çox yuxarıdır, amma hər halda, məsumluq və ya imamət, yaxud Peyğəmbər (s) üçün nübüvvət həddindədir, ondan yuxarı deyil. Özləri qadağan etmişlər ki, bizim haqqımızda şişirtməyə yol verməyin, ifrata varmayın. Həmçinin yanlış və haram məsələlər, Allah eləməmiş, başqalarının qeybəti, möminin alçaldılması, təhqir olunması kimi hallar olmamalıdır. İmamlara (ə) yaraşmayan, möminə yaraşmayan sözlər deməməli, çirkin və kobud ifadələr işlətməməlidirlər. Həmçinin ola bilər məddah pis söz işlətməsin, amma düşmənlər ondan Əhli-beyt (ə) məktəbi və Əhli-beyt (ə) ardıcılları əleyhinə sui-istifadə etsinlər. Bunu da nəzərə almaq lazımdır. Eyni zamanda o məddahın işi ixlaslı və Allaha görə olmalıdır. Yəni riyadan və özünü nümayiş etdirməkdən uzaq olmalıdır. Ola bilər ki, zəhmət haqqı versinlər və o da alsın, amma işi zəhmət haqqı üçün olmasın, əzadarlıq və savab naminə olsun.
Məhəmmədhüseyn Fəllahzadə
Ayətullah Xameneinin fətva və fikirlərinə əsasə