25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Həzrət Zeynəb (s.ə)
02.11.2017

Həzrət Zeynəbin (ə) dünyaya gəlişi ilə bağlı tarixçilər arasında müxtəlif fikirlər var.

Həzrətin doğumu haqqında 2 tarix var. 1-ci yazırlar hicri-qəməri 5-ci ilin cəmadiüləvvəl ayının 5-i 2-ci yazırlar ki, bəzilərinə görə isə o həzrətin doğum günü hicri-qəməri 6-cı ilinə təsadüf etmişdir). Əlbəttə, başqa nəzzəriyyələr də mövcuddur.

Həzrəti Zeynəb Mədinə Şəhərində dünyaya göz açıb. Atası İmam Əli (ə) anası Həzrəti Zəhra ( s.ə.)-dır. Xanımın çoxlu ləqəb və künyələri olmuşdur. O həzrətin (ə) ləqəblərindən biri rəvayətlərdə "Əqilə" və ya Əqileyi-Bəni-Haşim" olaraq keçmişdir. "Əqilə" dəyərli və hörmətli qadın deməkdir. O həzzrətin (ə) digər ləqəbləri isə Siddiqeyi-Kubra, Arifə, Alimə, Fazilə, Kamilə və Abideyi-Ali-Əli-dir. Xanım beş ilə qədər babası Peyğəmbərin zamanda yaşayıb. Yazırlar anası ilə birgə 5-6 il yaşayıb. Daha sonra anası dünyasını dəyişib.

Həzrəti Zeynəb əmisi oğlu Abdulah ibn Cəfər ilə Ailə qurur. O, islamın görkəmli şəxsiyyətlərindən və səxavəti dillər əzbəri olan insanlardandır. Həzrət Zeynəb (ə) Əmirəlmöminin (ə) Mədinədə olduğu müddətdə həyat yoldaşı Abdullah ibn Cəfərlə birgə Mədinədə yaşayırdı. Həzrət Əli İslam hökumətinin paytaxtını Kufəyə keçirdikdən sonra onlar da Kufəyə köçdülər.. Həzrət Zeynəb Kufədə qadınların təim-tərbiyəsi ilə məşğul olurdu. Həzrət Əli hicri-qəməri 40-cı ildə Kufədə şəhid olduqdan sonra onlar yenidən Mədinəyə qayıtdılar. Xanım Zeynəbin (ə) bu zaman 35 yaşı var idi. Atasının şəhadətindən sonra təqribən 10 il qardaşı İmam Həsənlə (ə) birlikdə yaşadı. Hicri-qəməri 50-ci ildə İmam Həsən şəhid oldu. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il də digər qardaşı İmam Hüseynin (ə) imamət dönəmində yaşadı. Həzrət Zeynəbin (ə) qardaşı İmam Hüseynin (ə) imamlığı dönəmindəki həyatı ömrünün ən ağrılı-acılı dövrüdür. Həzrət Zeynəb (ə) həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. Amma onun Kərbəlada olması, o sarsıdıcı hadisələrə şahid olmaq, qardaşını, övladlarını, qardaşı uşaqlarını əldən vermək bütün ağrı-aclardan daha ələmlidir. Çünki bir gündə bütün əzizlərini, ən əsası isə qardaşı İmam Hüseyni (ə) əldən verdi. Ürəkyaxan Kərbəla faciəsi zamanı həzrət Zeynəbin (ə) 55 yaşı var idi.

Xanımın barədə yazırlar ki "İmam Hüseyn (ə) hərəkatında hamıdan çox dözüm və səbir dərsi verən bacısı Zeynəb (ə) olmuşdur" "Şübhəsiz, yaradılışdan üzü bəri peyğəmbərlər və övliyaların qadınlarından heç birində bu qədər dözüm və səbirə rast gəlməmişik". "Zeynəbi-Kubra bütün əsirlik müddətində gecələri namaz qılır, ibadətlə keçirirdi". "Həzrət Zeynəbin (ə) gecə ibadətləri həyatı boyunca, hətta məhərrəm ayının 11-ci gecəsi də tərk edilmədi". O həzrətin natiqliyi: Həzrət Zeynəbin (ə) Kufə və Şamda Yezid və yezdi tərəfdarlarını rüsvay edən qızğın və gözəl nitqi ən yüksək fəsahət və bəlağət nümunəsi idi.

Xanımın xütbəsi: Zeynəb (s.ə.) anası Fatimə (s.ə.) kimi zülmkarların qarşısında qamətini düzəltdi, Allaha həmd-səna etdi, Peyğəmbər və Əhli-beytinə salam göndərdi, öz sözünü Qurandan bir ayə ilə belə başladı:

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوءَ أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون

"Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib istehza etdilər. Ey Yezid! Elə fikirləşirsən ki, göyü-yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz zəlil olduq, sən isə əziz? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini görüb özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın kəlamını unutmusan ki, belə buyurur: "Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır. Ey azad olunmuşun oğlu! Bu necə ədalətdir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə otururlar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyursan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirirlər! Belə ki, nə onlara sığınacaq verən olur, nə qoruyan, nə də bir böyükləri! Camaat axışıb hər tərəfdən onlara tamaşaya gəlirlər. Amma ürəyi bizim ədavətimizlə dolu adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən, kaş "Bədr" döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan! Niyə də etməyəsən? Sən, yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül-Müttəlib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma! Çünki, tezliklə Allah dərgahına aparılacaqsan. O zaman arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, "Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar!" – sözlərini deməyəydim! İlahi, özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx! And olsun Allaha, öz dərini və ətini qopartdın! Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, sən isə rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah Öz vədinə əməl edəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. Çünki Allah Özü belə buyurur:

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

«Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər.» Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə ilə birgə, Mühəmməd məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının həmin məhkəmədə şahidlik edəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən. Ey Allahın düşməni – Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şölələnir! Hüseyn öldürüldükdən sonra şeytan ordusunun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan "beytul-mal"dan ənam almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni qınayıb, məzəmmət etmək nəyə yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticə əldə etməyəcəksən. O gün sən İbn Ziyadı köməyə çağıracaqsan, o da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız... And olsun Allaha, mən Allahdan başqasından qorxmur və Ondan da başqasına şikayət etmirəm. Nə istəsən et, nə hiylə bacarırsansa işlət, nə düşmənliyin varsa göstər! And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki, cənnət gənclərinin sərvəri işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki, onların dərəcələrini artırsın və Öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir!" ("Lühuf", Seyid ibn Tavus, səh.130-135.)

İmam Səccad (ə) həzrəti Zeynəbə buyurub (ə) ki, "Şükürlər olsun ki, sən müəllimsiz alimsən.

Həzrəti Zeynəb hər zaman İmam Hüseynin yanında oldu o, yaxşı munis və möhkəm sirdaş kimi son imkanına qədər imam Hüseyni (ə) himayə etməyə çalışdı. Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi idi. O, altı qardaş (imam Hüseyn (ə), Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-bəninin oğlanları) və Ovn (Əsmanın oğlu)) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhid oldular. Bundan əlavə Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü.

Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» "Gözəl səbr et" fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, "gözəl səbr" surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi.

Tarixi qeydlərə görə Hicrətin 63-cü ilində Şamda vəfat etmiş və orada dəfn edilmişdir.

Həzrət Zeynəbin (ə) həyatı (Məhəmməd İştihardi) - sibtayn.com – Vikipediya