03 Dekabr 2024 - 3
Həzrət Zeynəb (s.ə) babası həzrət Peyğəmbər (s), atası həzrət Əli (ə) və anası həzrət Zəhra (s.ə) haqqında çoxlu hədislər nəql etmişdir
Ayətullah Seyyid Muhəmməd Kazım Qəzvini həzrət Zeynəbdən (s.ə) iki hədis nəql etmişdir ki, xanımlara aiddir.
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) biz qadınlar üçün elə bir hüquq müəyyən etmişdir ki, həyat yoldaşlarımız gərək ona riayət etsinlər.
Necə ki, onlar üçün hüquq təyin etmişdir ki, onlara riayət etmək bizim üçün lazımlıdır”.
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) buyurmuşdur: “O zaman ki, doğru düşünən və doğru əxlaqa malik olan qadın beş vacib namazını qılarsa, Ramazan ayının orucunu tutarsa və ətəyini pak və pakizə saxlayarsa və həyat yoldaşı ilə həmahəng olarsa, onun hüququna riayət edərsə – ona deyilər ki, behiştin hansı qapılarından istəsə, birindən Allahın gözəl və bol nemətli behiştinə daxil olsun”. (Beytutə)
/Deyerler/