21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Səccadın (ə) Kufədəki xütbəsi
11.09.2020

Hizyəm ibn Şərik Əsədi deyir: Kərbəla əsirləri Kərbəlaya daxil edildikdə, İmam Zeynəlabidin (ə) üzünü camaata tutdu və sakit olmaları üçün onlara işarə etdi. Camaat da sakit oldu. O Həzrət ayaqüstə durduğu halda, Allaha həmd-səna dedikdən və İslam Peyğəmbərinə (s) salam göndərdikdən sonra bu xütbəni söylədi:

أَيُّهَا النّاسُ! مَنْ عَرَفَنِي فَقَدْ عَرَفَنِي، وَ مَنْ لَمْ يَعْرِفْنِي فَأَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ الْمَذْبُوحِ بِشَطِّ الْفُراتِ مِنْ غَيْرِ ذَحْلٍ وَلا تِراتٍ، أَنَا ابْنُ مَنِ انْتُهِكَ حَرِيمُهُ وَ سُلِبَ نَعِيمُهُ وَانْتُهِبَ مالُهُ وَ سُبِيَ عِيالُهُ، أَنَا ابْنُ مَنْ قُتِلَ صَبْراً، فَكَفى‌ بِذلِكَ فَخْراً. أَيُّهَا النّاسُ! ناشَدْتُكُمْ بِاللَّهِ هَلْ تَعْلَمُونَ أَنَّكُمْ كَتَبْتُمْ إِلى‌ أَبِي وَ خَدَعْتُمُوهُ، وَأَعْطَيْتُمُوهُ مِنْ أَنْفُسِكُمُ الْعَهْدَ وَالْمِيثاقَ وَالْبَيْعَةَ ثُمَّ قاتَلْتُمُوهُ وَخَذَلُتمُوهُ؟ فَتَبّاً لَكُمْ ما قَدَّمْتُمْ لِأَنْفُسِكُمْ وَ سَوْأةً لِرَأْيِكُمْ، بِأَيَّةِ عَيْنٍ تَنْظُرُونَ إِلى‌ رَسُولِ اللَّهِ صلى الله عليه و آله يَقُولُ لَكُمْ: قَتَلْتُمْ عِتْرَتِي وَانْتَهَكْتُمْ حُرْمَتِي فَلَسْتُمْ مِنْ أُمَّتِي.

“Ey camaat! Məni tanıyanlar mənim kim olduğumu bilirlər, lakin məni tanımayanlar bilsinlər ki, mən Fəratın sahilində (susuz şəkildə) heç bir günahı olmadan başı kəsilən Hüseynin (ə) oğlu Əliyəm. Mən məhrəmləri hörmətsizliyə uğrayan, malı qarət edilən, ailəsi əsir olunan kəsin oğluyam. Mən işgəncə ilə şəhadətə çatan kəsin oğluyam. Bu iftixar mənə kifayətdir! Ey camaat! Sizi Allaha and verirəm, atama məktub yazaraq (onu Kufəyə dəvət edən), lakin onunla hiyləgərcəsinə davranan, onunla öz canı ilə əhd-peyman bağlayıb beyət edən, sonra isə onu tənha qoyaraq onunla döyüşən kəslərin siz olduğunu qəbul edirsinizmi? Allah sizi özünüz üçün əvvəlcədən göndərdiyiniz pis azuqə və həyatınızda qəbul etdiyiniz pis qərara görə məhv etsin! Siz Allahın Peyğəmbərinə (s) (Qiyamət günü) sizə "Siz mənim Əhli-beytimi öldürdünüz və mənim məhrəmlərimə hörmətsizlik etdiniz. Siz mənim ümmətimdən deyilsiniz!" – dediyi zaman, ona necə baxacaqsınız?”

Hizyəm deyir: "Bu xütbə ilə camaatın ağlamaq səsi ucaldı və camaat bir-birinə dedi: "Bədbəxt olduq, lakin özümüz bilmirik!"

İmam Səccad (ə) sözünün davamında buyurdu: "Allah mənim ilahi təqva, Allahın Peyğəmbəri (s) və onun Əhli-beyti (ə) barədəki öyüd-nəsihət və tövsiyələrimi qəbul edərək yadda saxlayan kəsi bağışlasın. Ona görə ki, Allahın Rəsulu (s) bizim üçün gözəl nümunədir."

Camaat fəryad etdi: "Ey Allah Rəsulunun övladı! Bizim hamımız sizin sözlərinizə qulaq asır və sizə itaət edirik, sizin can və malınızın qoruyucularıyıq. Əsla sizdən üz döndərmərik. Bizə əmr edin, – Allahın mərhəmətinə şamil olasınız! – siz kiminlə döyüşsəniz, onunla döyüşər və kiminlə sülh etsəniz, onunla sülh edərik. Sizə və bizə zülm edən kəsləri cəzalandırarıq."

İmam Səccad (ə) buyurdu:

هَيْهات! أَيُّهَا الْغَدَرَةُ الْمَكَرَةُ! حِيلَ بَيْنَكُمْ وَ بَيْنَ شَهَواتِ أَنْفُسِكُمْ، أَتُرِيدُونَ أَنْ تَأْتُوا إِلَيَّ كَما أَتَيْتُمْ الى‌ آبائِي مِنْ قَبْلُ، كَلّا وَ رَبِّ الرَّاقِصاتِ إِلى‌ مِنى‌، فَإِنَّ الْجُرْحَ لَمّا يَنْدَمِلْ، قُتِلَ أَبِي بِالْأَمْسِ وَأَهْلُ بَيْتِهِ مَعَهُ، فَلَمْ يُنْسِنِي ثُكْلَ رَسُولِ اللَّهِ صلى الله عليه و آله
وَثُكْلَ أَبِي وَ بَنِي أَبِي وَ جَدِّي، شَقَ‌ لَهازِمي وَ مَرارَتُهُ بَيْنَ حَناجِرِي وَحَلْقِي، وَغُصَصُهُ تَجْرِي فِي فِراشِ صَدْرِي، وَ مَسْأَلَتِي أَنْ لا تَكُونُوا لَنا وَ لاعَلَيْنا.

“Hey-hat! Ey əhdi pozan hiyləgər dəstə! (Əsla sizin vədələrinizə etimad etmək olmaz,) çünki sizinlə istəkləriniz arasında pərdə (cəhalət, qəflət və acizlik pərdəsi) çəkilib. Siz, ata-babalarımın sorağına getdiyiniz əhval-ruhiyyə ilə mənim sorağıma gəlmək istəyirsiniz?! (Siz yalnız vədə verir və əməl etmirsiniz.) Allah evinin zəvvarlarını Minaya doğru aparan sürətli miniklərə and olsun ki, əsla belə olmayacaq (və mən sizin vədələrinizə aldanmayacağam.) Ona görə ki, hələ həmin yaralar sağalmamışdır. Hələ dünən atam və onu xanədanının bir qismi şəhadətə çatdı və hələ Allah Rəsulunun ölümünün dağını unutmamışdım ki, atam, övladları və cəddimin ölümünün acısı ixtiyarımı əlimdən aldı. Onun kədərinin acılığını boğazımda hiss edirəm və onun canalan acısı hələ də sinəmdə qalmaqdadır. Sizdən istəyim budur ki, nə bizə tərəfdarlıq edin, nə də bizimlə döyüşə girin! (Bizim sizin xeyrinizə ümidimiz yoxdur, şərinizi bizdən uzaq edin!) Sonra İmam Zeynəlabidin (ə) sözlərini bu beytlərlə sona çatdırdı:

لا غَرْوَ إِنْ قُتِلَ الْحُسَيْنُ وَ شَيْخُهُ‌
قَدْ كانَ خَيْراً مِنْ حُسَيْنٍ وَأَكْرَما
فَلا تَفْرَحُوا يا أَهْلَ كُوفَةَ بِالَّذِي‌
أُصيبَ حُسَيْنٌ كانَ ذلِكَ أَعْظَما
قَتيلٌ بِشَطِّ النَّهْرِ نَفْسي فِداؤُهُ‌
جَزاءُ الَّذِي أَرْداهُ نارُ جَهَنَّما

“İmam Hüseyn (ə) və ondan daha əzəmətli və üstün olan möhtərəm atasının öldürülməsi təəccüb doğurmur. Ey kufəlilər! Hüseynə (ə) yetişən və həddən artıq böyük olan müsibətə şad olmayın! Suyun kənarında (susuz şəkildə) şəhadətə çatan kəsə canım fəda olsun! Onu şəhid edən kəsin cəzası Cəhənnəm odudur!” ("İhticac", Təbərsi, c.2, səh.117-119; "Biharul-ənvar", c. 45, səh.112-113.)

Bu xütbə ilə bağlı məsələ göstərir ki, kufəlilər İmam Səccadın (ə) sarsıdıcı xütbəsinin onların ruhiyyəsinə vurduğu zərbə ilə elə vəcdə gəldilər ki, Əhli-beyt (ə) düşmənləri ilə döyüşmək və Kərbəla şəhidlərinin qatillərindən intiqam almağa hazır oldular, lakin İmam (ə) onların dəfələrlə vəfasızlıq göstərdiyini və Bəni-Üməyyə cinayətkarlarının əleyhinə ümumi qiyam qaldırmaqda daha süst olduğunu bildiyindən, onların sözlərini qəbul etməyib buyurdu: "Bizim əleyhimizə qiyam etməyin yetər, sizin xeyirinizə ümid bağlamaq olmaz, ey üzüqaralar!" (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.574-576.)

Maide