21 Noyabr 2024 - 21
Aşura gecəsi İmam Hüseyn (ə) tərəfdaşlarına buyurdu: “Sizlərdən hər kimin boynunda haqqun-nas vardırsa, getsin və onu əda etsin ki, yoxsa Allah onun şəhadətini qəbul etməyəcəkdir”.
İmam Hüseyn (ə) bu dahi sözləri ilə dünyaya bildirmək istədi ki, hətta Allah yolunda Kərbəlada şəhid olmaq belə, haqqun-nasa riayət etmədən mümkün deyildir.
İnsanların əksər hissəsi haqqun-nas dedikdə, başqalarının malını yeməyi düşünürlər. Əlbəttə bu düşüncə doğrudur. Ancaq haqqun-nas bununla bitmir.
Ürfi, hissi üsullara riayət etməmək də haqqun-nasdır.
Ana və atanı incitmək – haqqun-nasdır, qardaşının ürəyini sındırmaq – haqqun-nasdır, həyat yoldaşına əziyyət vermək – haqqun-nasdır, insanları incitmək – haqqun-nasdır...
Qonşulara əziyyət vermək – haqqun-nasdır, çəkidə aldatmaq – haqqun-nasdır...
İctimai haqqa riayət etməmək – haqqun-nasdır, sui-zənn etmək – haqqun-nasdır,
islami hicaba riayət etməmək – haqqun-nasdır, başqalarının namusuna – nəzər salmaq haqqun-nasdır, növbədən kənar çörək almaq – haqqun-nasdır...
Bunların hamısı haqqun-nasdır və bizim bir dəfə göz yaşı tökməyimiz ilə pak olmayacaqdır. Bəli, İmam Hüseyn (ə) Aşura günü bizlərə çoxlu ibrət dərsi vermişdir. Bu ibrət dərslərindən biri də odur ki, insan hər nə qədər ibadət etsə də, hətta şəhid olsa da, boynunda haqqun-nas vardırsa – onun heç bir əməli qəbul olmayacaqdır, məgər o halda ki, qarşı tərəf onun etdiklərini ona halal etsin. (Tabnak)
/Deyerler.org/