07 Dekabr 2025 - 7
Bizlər Həbib ibn Məzahirdən dərs ala bilərik. Tarix bütün insanlar üçün müəllimlik edir və dərs verir. Yetər ki, insanlar o tarixdən dərs almağı bacarsınlar. Yəni tarixi, olmuş bir hadisə kimi nəql edərək yanından rahatlıqla keçməsinlər. Əksinə dərs almağa çalışsınlar. Həbib ibn Məzahir bizə belə dərs verir ki, ömrüvün əvvəlindən Əhli-beyt yolunda yaşyıb ömrünün sonuna qədər elə ol. Həbibin Kərbəlada şəhid olan zaman 75 yaşı var idi. İnsan yaşlı olsa belə öz haqq olan vilayət yolundan əl götürməməlidir. Və insan ömrünün sonuna qədər vilayət sevər kimi yaşamağa çalışmalıdır, inancın vilayət inancı, rəftarın vilayət rəftarı, düşüncən, dünyaya baxışın, cəmiyyətə baxışın vilayət baxışı olmalıdır. Həbib ibn Məzahir İmam Hüseynin yolunda hər şeyindən keçdi. Və ömrünün əvvəlindən islam, din, əqidə və vilayəti eşitdi. O, İmam Əli ilə, İmam Həsən ilə birlikdə oldu və sonda bu səadətə çatdı ki, İmam Hüseynin yanında şəhid oldu.
Cəbrayıl Abıyev
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto