24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Əbdurrəhman ibn Əbdi-rəbbihi Ənsari
02.12.2017

Həzrət Peyğəmbərin səhabəsi olmaq şərəfinə nail olmuşdur. Tarixlərdə yazıldığına görə,həzrət Əli (ə) xəlifə seçildikdən azacıq sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and verdi ki, Qədir-Xum hadisəsini Peyğəmbərdən eşidiblərsə şəhadət versinlər. Səhabələrdən bir neçəsi, (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb peyğəmbərin dilindən: "Mən hər kimin Mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisinin eşitdiklərini təsdiq etdilər. Qədir-Xumda iştirak etdiyi halda, bunu dananlar və şahidlik etməyənlər Əlinin (ə) nifrini ilə bəlaya düçar oldular. Əbdurrəhman ibn Əbdi-rəbbihi Ənsari də Qədir-Xum hədisini İmam Əlinin (ə) hüzurunda təsdiq edənlərdən idi. Rəvayətlərə görə, o, Quran oxumağı həzrət Əlidən (ə) öyrənmişdi.

Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə İmam Hüseyn (ə)-a qoşulmuş, onunla birlikdə Kərbəlaya gəlmişdi. Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman Əbdurrəhman ibn Əbdi-rəbbihi ilə Bureyr ibn Xuzeyr həmdani ( onun haqqında gələcək bölmələrdə məlumat veriləcək) çadırın girişində durub keşik çəkirdilər. Bureyr həmin vaxt Əbdurrəhmanla zarafat etməyə başladı. Zəhimli xasiyyətə Malik Əbdurrəhman etiraz edib Bureyrə söylədi ki, zarafatın yeri deyil. Bureyr belə cavab verdi: "Ey Əbdurrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nədə indi (ahıl vaxtımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur, çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim.