04 Noyabr 2025 - 4
            Sual: Əzadarlıqda soyunmağın (köynəyi çıxarıb sinə vurmaq) hökmü nədir? 
 
Cavab: Bu suala cavab olaraq bildirməliyik ki, Ağa bəzi məddahlara əzadarlıqda soyunmamağı tövsiyə etmişdir. Amma bu fiqhi bir fitva deyil ki, haram olduğunu deyək. Əgər naməhrəm yoxdursa, yanlış bir məsələyə yol açmırsa, düşmənlər sui-istifadə etmirsə, haram olmadığını da deyə bilərik. Məsələn, tutaq ki, yalnız kişilərdən ibarət çəkiliş olmayan kiçik bir kollektivdə köynəklərini çıxarıb, sinə vururlar. Amma ümumilikdə Ağanın tövsiyəsi – bir tövsiyə olaraq – budur ki, kişilər əzadarlıqlarda soyunmasınlar. Çünki həm naməhrəmlər tərəfindən görülə bilərlər, həm də düşmənlər Əhli-beyt (ə) məktəbi əleyhinə təbliğat üçün bundan sui-istifadə edə bilərlər.
 
Höccətülislam Fəllahzadə, (Ayətullah Xameneinin fətvalarına əsasən)
 
                İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
            
 
                İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
            
 
                Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
            
 
                Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
            
 
                Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto