19 Aprel 2025 - 19

19 Aprel 2025 - 19

Kərbəla, Aşura deyiləndə Həzrət Zeynəb (ə) yada düşür
10.02.2018

Alimlər, mütəxəssislər bir fərdin bir insanın şəxsiyyət olması üçün üç amili önə çəkirlər. Birinci amil irsiyyətdir. Yəni irsiyyət mühümdür. İkinci amil təlim-tərbiyədir. Üçüncü amil isə mühütdir. Bu üç xüsusiyyətin hamısı Həzrət Zeynəbdə (ə) var idi. Yəni irsiyyəti Həzrəti Əli (ə) və Həzrət Zəhra idi. Təlim tərbiyəsi ilə həm anası Zəhra, atası Əli və babası peyğəmbər məşğul olub. Yəni Həzrət Zeynəb (ə) beş il də babası Peyğəmbərin dövründə olmuşdu. Mühit də o mühit idi. Mədinə məscidi, ailələri, evləri, babası Peyğəmbər (s) - yəni bu mühitdə böyümüşdü. Bu baxımdan Həzrət Zeynəb (ə) demək olar ki, bütün bu xüsussiyyətlərə görə o cür formalaşmışdı.

Alimlərdən birinin kitabında Həzrət Zeynəb barədə (ə) yazılıb ki, "Siz nə bilirsiniz Həzrət Zeynəb kimdir". Quran ayəsidir Allah Quranda buyurur "Siz nə bilirsiniz Qədr gecəsi nədir". Həmən alim o sözü Həzrət Zeynəb (ə) haqqında deyir. Həzrət Zeynəb (ə) elə bir məqama çatmışdır ki, İmam Hüseyn (ə) deyiləndə, Aşura deyiləndə, Həzrət Zeynəb yada düşür. Kərbəla deyiləndə İmam Hüseyn (ə) və Həzrət Zeynəb (ə) yada düşür. Yəni Həzrət Zeynəb (ə) o qədər üstün xanım idi ki, İmam Hüseyin (ə) Həzrətl Zeynəblə (ə) danışmağı çox rahat idi. İmam Aşura günü bacısına deyir ki, mənim altı aylıq övladımı gətir. Baxın, Rübaba demir. Çünki Həzrət Zeynəblə (ə) danışmaq onun üçün daha rahatdı və elə özüylə danışmaq kimidir. Bilirdi ki, Həzrət Zeynəbdə (ə) hansı mənəviyyat var. Buna görə də bacısına buyurdu övladımı gətir.

İbn Ziyad Xanım Zeynəbə (ə) deyəndəki, "gördün Allah sənin qardaşını necə öldürdü?", Xanım buyurdu: "Öz əməllərini Allahın üzərinə atma! Sən öldürdün mənim qardaşımı!" İbnz Ziyad (l) dedi: "Gördün Allah sizi necə rüsvay etdi?" Xanım buyurdu: "Fasiq rüsvay olar, biz fasiq deyilik. Sənsən fasiq! Yalançılar rüsvay olar, biz yalançı deyilik, sənsən yalançı!"

Yezid xarici ölkələrdən də çoxlu qonaqlar dəvət etmişdi. Xanım Yezidin sarayında ətrafda olanlara onu o qədər tanıtdırdı ki, Yezid (l) utandıdığından dedi ki, bunu mən yox, İbn Ziyad edib. Atdı İbn Ziyadın (l) üstünə və onu danladı, dedi ki, mən tapşırmamışdım bu işi görsün. Mən vuruşmaq demişdim, başın kəsməyi deməmişdim, öldürməyi deməmişdim. Həzrət Zeynəbin (ə) bu çıxışından sonra ətrafdakılar Yezidə qarşı çıxdılar.

Yeganə İbrahimova