21 Noyabr 2024 - 21
Adını "Bəşir" kimidə nəql etmişlər. Yəməndən, Həzrəməvət məntəqəsindən, Bəni-Kində qəbiləsindən idi, İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra Bişr ona qoşulmuşdu. Aşura gecəsi Bişrə xəbər gətirdilər ki, oğlu Rey şəhəri uğrunda gedən cihadda iranlılara əsir düşüb, onu xilas etmək üçün canbahası vermək tələb olunur. İmam öz beytərini Bişrin üzəindən götürüb onu azad buraxdı ki, gedib oğlunu azad etsin. Lakin Bişer o həzrəti tərk etməyəcəyini bildirib, getməktən imtina etdi. Onda İmam Hüseyn (ə) Bişrə bir neçə ədəd bahalı parçadan köynək bağşıladı ki, heç olmasa, oğlunun canbahası olaraq göndərsin. Bişr köynəkləri qulamı vasitəsi ilə göndərib, özü Kərbəlada qaldı və Aşura günü şəhid oldu.
Rəvayətə görə, İmam Hüseyn (ə) Bişrə getmək icazəsi verəndə o, belə demişdi: "Əgər səndən ayrılsam və az adamla səni tənha qoyub getsəm, qoy vəhşi heyvanlar məni parçalayıb ysin! Ya Əba Əbdillah, bu, heç vaxt mümkün olan iş deyil" Bəzi tarixçiləryazmışlar ki, Bişr ilk həmləni dəf edərkən deyil, sonra həlak olmuşdur. Bu nəzəriyyə əsasən, İmamın bütün səhabələri (Əhli-beytdən başqa) arasında ən sonda şəhid olan iki şəxsdən biri Bişr imiş. Adı "Ziyarəti-Nihaueui-Müqəddəsə"də çəkilib.