19 Aprel 2025 - 19

19 Aprel 2025 - 19

"Zeynəb" adının mənası və Həzrət Zeynəbin məqamı
19.02.2018

Həzrət Əli (ə) Xanım Zeynəb dünyaya gəldikdən sonra otağa daxil olanda, Xanım Zəhra (ə) buyurur ki, ey imamım, ey gözümün nuru Əli (ə) artıq qızımız dünyaya gəlib, ona bir gözəl ad qoyaq. Həzrəti Əli (ə) hər zaman olduğu kimi buyurur ki, ya Fatimə istəyirəm peyğəmbərlə məsləhətləşəm və Həsənlə, Hüseyn kimi bu övladımızın da adını Allahın rəsulu qoysun. Peyğəmbər (s) gəlir Xanım Zeynəbi qucağına alır, öpür və Allahın onu sağlam və saleh böyütməsi üçün dualar edir. Sonra buyurur ki, indicə Cəbrayil (ə) nazil oldu və mənə dedi ki, Allah bu körpə üçün Zeynəb (ə) adını seçdi.

Zeynəb adının bir neçə mənası var. Tarixi mənbələrin yazdığına və lüğət kitablarının qeyd etdiyinə görə, Zeynəb sözünün bir mənası "Zəyn" ərəbcə bəzək-zinət və "Əb" ata sözündəndir. Yəni atasının zinəti. Doğurdan da Xanım Zeynəbin (ə) həyatına baxanda atasının zinəti olduğu görünür. Hər addımı ilə Əlinin (ə) bütün xüsusiyyətlərini, hərəkətlərini özündə əks etdirir.

Kərbəla qiyamı İslamın yenidən dirilişidir və bu İslam üçün doğrudan yeni bir həyat deməkdir. Bu qiyamda həm qəm var, həm sevgi var, həm nur var, həm də şərafət var. Bu qiyamda imam Hüseyndən (ə) sonra ikinci ən məşhur adı çəkilən şəxs - Xanım Zeynəbdir. Xanım Zeynəb (ə) Kərbəlada bir xanım mücahid olaraq, eyni zamanda Yezidin (l) sarayında Yezidi susduracaq kəlamları ilə, Əlinin (ə) səsi ilə, əzəməti ilə danışması ilə çox məşhurdur.

Xanım Zeynəb (ə) o xanımdır ki, böyük bir İmam Hüseyn (ə) itkisindən sonra belə Allahım bu kiçik qurbanı bizdən qəbul elə deyərək hayqırdı Rəbbinə. Bu böyük bir iman tələb edir. Müsibətlərin Əhli-beytə baş verməsi həm onların bir sınağıdır, həm də səbrlərinin bir nümunəsidir. Əhli-beyt İslamı tamamilə gözəl şəkildə yaşayan insanlardır. Onların davranışında, danışığında, həyat tərzində, hər addımında həm əhkam var idi, həm əxlaq, həm də əqaid.