19 Aprel 2025 - 19
İnsanın mənəvi əsirliyi cismani əsirliyindən daha betərdir. Bir insan ola bilər azad yaşasın, amma qətiyyən ruhu azad olmasın. Xanım Zeynəb (ə) cismani əsirliyinə baxmayaraq azadə bir xanım idi. Sözünü qorxmadan deyən, hətta düşmən ordusunun içində haqqı deyən, müdafiəçi bir xanım idi. Yəni bizim indiki ürf adətimizlə desək kişi kimi bir xanım idi, mərd bir qadın idi. Xanım Zeynəbin çox ləqəbləri var. Ləqəblərindən biri də Əqilədir. Xanım Zeynəb ağıl sahibidir, xərəc sahibidir. Ona görə bu ləqəbi ona deyiblər. Hər hərəkətini tənzimləyərək, düşünərək icra edən bir xanım idi.
Xanım Zeynəbin qorxmazlığı hər zaman öz sözünü deyir. Yanında yoldaşı yoxdur, qardaşı yoxdur, müdafiəçisi yoxdur, amma Xanım Zeynəb görürük ki, yenə öz sözünü deyir. Aşura gününün səhəri məhərrəm ayının 11-i əsirləri aparmaq istəyəndə, hətta o səhnənin içində belə biz xanımın düşmənlərdən xahişini yox, əslində əmrini eşidirik ki, deyir bizi qətligahın yanından aparın. Və sözsüz ki, bu onların da ürəklərindən olur. Çünki onlar Əhli-beytin sınmağını görmək istəyirlər (şəmatət deyirlər buna) və bunu edirlər. Yəni Xanım Zeynəb orada əsirdir, əli-qolu bağlıdır, heç nə edə bilmir, müdafiəçisi yoxdur, amma xanım yenə sözünü deyir və onun istədiyi kimi olur. Həqiqətən də onları qətligahın yanından aparırlar.
Xanım Zeynəb (ə) həm də bir qadındır, həm də adi bir insandır, nə qədər də bunları biz desək yenə bəzən onları çox ilahiləşdirilir. Bəziləri deyir ki, onlar başqa idi, biz başqayıq. Xanım Zeynəb dözə bilər, mən dözə bilmərəm. Xeyir! Biz göstəririk ki, Xanım Zeynəb adi bir insandır. Sözsüz ki, xanımın sonsuz imanı, Allaha olan sonsuz eşqi, İslam yoluna olan eşqi onu səbr etməyə vadar edib.
Elnarə Paşayeva