21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlıqlarda atılıb-düşməyin (hərvələ etməyin) hökmü nədir?
09.03.2018

Sual: Əzadarlıqlarda atılıb-düşməyin (hərvələ etməyin) hökmü nədir?

Cavab: Əgər dinin zəifləməsinə səbəb olmasa, yəni başqaları Əhli-beyt (ə) məktəbi əleyhinə sui-istifadə etməsələr, eybi yoxdur. Amma ümumilikdə tövsiyə budur ki, əzadarlıqlarda bu kimi əməllərdən çəkinsinlər. Adətən əzadarlıq qaydası, əzadarlıqda baş verən və şəriət baxımından da eybi olmayan bəzi işlər haqqında, məsələn, şəbih göstərmək və s. soruşanda, keçmişdən möminlər arasında ənənə şəklini almış mötədil əzadarlıqları təsdiqləyərək əlavə edir: "Yaxşı olar ki, zikri-müsibət məclisi keçirilsin". Buradan məlum olur ki, belə ənənəvi işlərin, məsələn, əzadarlıq heyətlərinin, sinə vurmağın, zəncir vurmağın eybi yoxdur və bizim dini simvollarımızdan hesab olunur. Amma dinin zəifləməsinə səbəb olan, möminə yaraşmayan və düşmənlərin şiəlik əleyhinə sui-istifadə etdiyi bir sıra işlər icazəli deyil.

Ayətullah Seyid Əli Xamenei