21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“Pərvərdigara, pənah aparıram Sənə kərb və bəladan”
10.03.2018

Hicri 61-ci il. Məhərəmin 2-ci günü. Belə bir gündə haqq cəbhəsi Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında öz qətlgahına gəldi. Hərbə aldığı əmrə əsasən dedi: "İbn Ziyadın yazılı hökmü var və sizi buradan bir addım olsun uzaqlaşmağa qoya bilmərəm." Həzrət buyurdu: "Bu yerin adı nədir?" Həmin yeri tanıyanlar bildirdilər ki, bu yer Kərbəla adlanır. İmam buyurdu: "Pərvərdigara, pənah aparıram Sənə kərb və bəladan." Bu yer Kərbəla idi. Haqpərəstlər üçün möhnət məkanı! Bir vaxt Hüseynin (ə) atası Əli (ə): "Bura həqiqi haqpərəst aşiqlərin qanına bələndiyi yerdir" buyurmuşdur.

Əbi-Əbdillah (ə) qardaşlarına, övladlarına və səhabələrinə buyurdu: "Çatmalı olduğumuz yerə yetişdik. Bura qanımızın axıdılacağı yerdir. Bu yerdə bizim uşaqlar zibh olar." Xeymələr hər tərəfdən qoruna biləcək bir yerdə quruldu. Hamı təəccüb edirdi ki, nə üçün otsuz-susuz yer seçilib? Bir qədər irəlidə xurmalıqlar və kəndlər vardı! Nə üçün? Amma imamın sözlərindən anladılar ki, bura Hüseyn (ə) dünyaya gələn gün peyğəmbər işarə etdiyi yerdir. Yaşlılar məsələni daha tez anladılar. Körpələr də yavaş-yavaş bu yerin qəribəliyini başa düşdülər. Necə də böyük insanlar olmuşdur! Tarixin nümunəvi insanları! Onların mislini tapa bilmərik. Onlardan sonra kim gəldisə həmin yolu getdi. Biz nəinki Hüseynin məqamını tanımaqda acizik, hətta onun səhabə və körpələrini də tanıya bilmərik. Onun şücaətli xanımlarını da tanımağımız mümkünsüzdür. Atasının şəhadətindən sonra azyaşlı körpə imama yaxınlaşıb dedi: "Ağa! Mənə icazə ver ki, meydana gedim. Mən də canımı fəda etmək istəyirəm!" Həzrət buyurdu: "Xeyməyə qayıt, atanın şəhadəti sənin üçün bəsdir." Amma uşaq yenə də israr etdi. İmam buyurdu: "Sənin anan var və gözünü sənə dikib." Uşaq boynunu büküb dedi: "Ey mənim ağam! Anam mənə əmr etdi ki, icazə alım."