21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlıq məclislərində mahnı və ğina şübhəsi olan ahənglərin hökmü nədir?
16.03.2018

Sual: Əzadarlıq məclislərində Əhli-beyt (ə) müsibətləri haqqında mahnı və ğina şübhəsi olan ahənglərin hökmü nədir?

Cavab: Öncədən dediyimiz kimi əzadarlıq məclislərində fiqhi ölçülər nəzərdə tutulmalı və heç vaxt fiqhi çərçivədən kənara çıxmamalıyıq. İslam dinində ğina halında və ya musiqi alətləri ilə Quran oxumaq haramdır və caiz deyil. Əksinə onun haramlığı daha şiddətlidir. İmam Hüseynə (ə) musiqi qoşanlar səy etməlidir ki, səsləri ğina (boğaza salınmış) olmasın, əks halda günaha düçar olarlar. Lakin səsin ğina olmasında şəkk etsək, onu oxumağın və eşitməyin maneəsi yoxdur. Belə mərasimlərin məqamını nəzərə alaraq və tamamilə Allahın razılığı olsun deyə, şübhəli ahənglərdən də çəkinmək lazımdır. Diqqət olunası nöqtə odur ki, Aşura hadisəsini adi şəkildə və ahəngsiz olsa belə xatırlatmaq ürəkyandırıcıdır. Möminlər, müsəlmanlar imam Hüseynin (ə) adını eşidən kimi, o hadisəni təsvir edir və özündən gedir. Daha onların təhrik və təşviqi üçün şübhəli səslərdən, ahənglərdən istifadə etməyə ehtiyac qalmır.

Ayətullah Fazil Lənkərani