21 Noyabr 2024 - 21
Sual: Əzadarlıqlarda və növhələrdə istifadə olunan, müsəlmana, hətta insana belə yaraşmayan sözlər haqqında Ağanın fikri nədir? Özünə bəzi nalayiq sözlər isnad etməyin hökmü nədir?
Cavab: Ümumiyyətlə, əzadarlıqda nəzakət, ağırlıq və vüqarlılıq qorunmalıdır. Suallardan birinə cavab olaraq qeyd etdik ki, həm haram olan mətləblərdən, - məsələn, yalan, imamalar (ə) haqqında şişirtmə və s. – həm də bir müsəlmanın ləyaqətini alçaldan sözlərdən çəkinmək lazımdır. Əsas etibarilə İslam öz ardıcıllarını vüqarlı və ağır görmək istəyir. Baxın, haram geyimlərdən biri "şöhrət paltarı"dır. "Şöhrət paltarı" gülünc, bir müsəlmana yaraşmayan paltardır. Rəng, tikiş, geyinməkvə ya hətta köhnəlik baxımından geyinərkən cəmiyyətdə barmaqla göstərilsə, bu bir müsəlmana yaraşmır. Odur ki növhələrdə oxunan ifadələr, məsumlara (ə) və ya İmam Hüseynə (ə) rəğbət ifadə etsə də bir möminə belə sözləri işlətmək yaraşmırsa, əzadarlıqda ondan çəkinməlidir.
Ayətullah Xamenei