21 Noyabr 2024 - 21
Sual: Məddahlıqda, İmamlar və onların pak ailələrinin tərifində nalayiq və şənlərindən uzaq mətləbləri demək, o cümlədən belə bir ifadələr işlətmək – "mənim sevgilim Rüqəyyədir", Hüseyn (ə) hidayət nuru və nicat gəmisidir." hədisinə istinad edərək deyirlər "Hüseyn (ə) kapitandır" və s. – yaxud həzrət Əbülfəzlin (ə) şəmşirini dəyişmək iddiası ilə imam Hüseyni (ə) saxtakarlıqda müttəhim etmək, yaxud onları aciz görsətmək, məsələn imam Səccadı (ə) xəstəliyini və həzrət Zeynəbin (s) zəlil olduğunu deməyin və bu kimi şeylərin hökmü nədir?
Cavab: Şiə məzhəbinin iftixarı budur ki, Pak mamlar (ə) insanın həyatının bütün sahələrində kamil bir nümunədirlər. Onlar ən mühüm məsələ olan Tövhid və əqidədən tutmuş yaşayışın ən kiçik hadisələrinə qədər örnəkdirlər. Necə ki, Quran Peyğəmbəri (s) hamı üçün nümunə tanıtdırır: "Həqiqətən Allah Rəsulunda sizlər üçün örnək və ülgü vardır". Eləcə də, o Həzrətin (s) canişinləri də insanlar üçün nümunədirlər. Buna əsasən bu ilahi nurların hörmətini qorumaq hamıya vacibdir. Din və onun zahirini ləkələmək və məsxərə etmyin haram olduğu kimi, Məsum imamların (ə) hörmətini də, ləkələmək haramdır. Bizim İmamlarımız (ə) təkidlə sifariş edib ki, «کونوا لنا زیناً ولا تکونوا علینا شیناً» şiələr həmişə onların zinəti olmalı və bəyənilməz hərəkət, iş və sözlər ilə başqalarını Əhli-beyt (ə) məzhəbindən uzaqlaşdırmamalıdır. Pak İmamları (ə) təhqir etmək Peyğəmbəri (s) təhqir etməkdir və bu da, böyük günahdır. Fasiqlər və günahkarlar arasında yayılan söz və ifadələrdən çəkinməliyik. Heç vaxt Pak imamlar (ə) və məxsusən Aşura hadisəsi ilə əlaqədar, adi insanlara belə yaraşmayan nalayiq ifadələrdən istifadə olunmamalıdır. Məsum imamların (ə) yolu parlaq şəkildə əsil hikmətlərlə doludur. Onların bütün işləri və danışıqları bu əsasda həyata keçir. Əsasən Əba Əbdillah Hüseynin (ə) qətlə yetirilməsi və Əhli-beytin (ə) əsir aparılması ilahi hikmət əsasında idi və Həzrət (ə) onu qəbul etmişdi. Təəssüflər olsun ki, başqaları ondan qafil idi. Buna görə də, adi insanlardan uzaq olan əməlləri onlara aid edə bilmərik. Misal üçün Allah rizasına təslim olan, izzət, şücaət, səbir, mübarizə nümunəsi sayılan həzrət Zeynəbə zillət və xarlığı nisbət vertmək istər-istəməz o böyüklərin məqamına zərbə vuran məqamlardan biridir. Bu qəbildən olan mətləblərdən çəkinmək və onun əvəzinə bu əzəmətli xanımın Yezidin sarayında başıucalıqla dediyi kəlamını: "Gözəllikdən başqa bir şey görmədim" yəni şəhadətin izzətinə, haqqı və Allahın dinini müdafiə etmək iftixarına işarə edir. Əhli-beytin izzətini bəyan etmək adı ilə təbliğ olunmalı və yayılmalıdır.
Ayətullah Fazil Lənkərani