19 Aprel 2025 - 19

19 Aprel 2025 - 19

Həzrət Rübabın Kərbəladakı qəhrəmanlığı və şücaəti
26.03.2018

Bilirik ki, həzrət Rübab xanım böyük qəhrəmanlıq və şücaət göstərmişdir. Bu xanım öz körpə övladını Allahına, İslama, İmam Hüseynə (ə) qurban verib. İmam Hüseyn Kərbəlada yeddi dəfə çağırış edir ki, "varmı mənə kömək edən?". Bu zaman qadınlar çadırlardan çıxıblar və imama dəstək olaraq deyiblər ki, biz səninləyik və biz öz canımızı malımızı övladımızı sənin yolunda verməyə hazırıq.

Xanım Rübabın vəziyyətini bəlkə də təsvir etmək bizim üçün asandır. Danışıram asandır, amma ki, onu yaşamaq çox çətindir. Hər bir ana bunu yaşaya bilməz ki, öz altı aylıq körpəsini öz qucağından Allahının, imamının yolunda qurban versin. Doğurdan bu böyük dözüm, böyük səbr və böyük təmkin istəyir insandan.

Xanım Rübab Kərbəlaya gedərkən bilirdi ki, nəyə görə gedir. Ümumiyyətlə Kərbəlaya gedən xanımlar bilirdilər ki, ora nəyə gedirlər. Hətta bir gün qabaq Xanım Zeynəbə İmam Hüseyn hər şeyi danışmışdı. Səhər Aşura günü olacaqların hamısını nəql etmişdi. Onlar bu hadisədən xəbərdar idilər və onlar mübarizəyə gedirdilər. Müəyyən söhbətlərdə bəzi belə fikirlər olur ki, Xanım Rübab güya tərəddüd edib, amma bu mümkün deyildi. Düzdür indi bizim zəmanəmizdə də zalımlar körpə uşaqları qətl edirlər amma inanmıram ki, Xanım Rübabın və Kərbəlada olan xanımların dözümü, səbri qədər indiki xanımlarda səbr və dözüm ola.

Fatimə Səlimova