02 Noyabr 2025 - 2
Böyük sünni tarixçilərindən biri yazır: "Bir şəxs Ömər Səd qoşununun sərkərdələrindən birinə dedi: "Xəcalət çəkmədinizmi, üstün qarilərdən, İslam ümmətinin alimlərindən və peyğəmbər (s) övladlarından ibarət olan dəstəyə hücum edib onları şəhadətə yetirdiniz?!"
Həmin sərkərdə belə cavab verir: "Sən də olsaydın, bizim kimi edərdin." Həmin şəxs soruşur: "Nə üçün?" Sərkərdə cavab verir: "Bizə qarşı əlləri qılıncların dəstəsindən möhkəm yapışmış bir dəstə qiyam qaldırmışdı. Onlar qızmış şir tək hücuma keçirdi. Bizim güclü süvarilərimizi sağdan-soldan ötür, özlərini ölümün ağuşuna atırdılar. Nə aman qəbul edir, nə mala meyl göstərirdilər. Məqsədləri yalnız bizi aradan götürmək, özlərinə yol açmaq idi. Əgər bir an dayansaydıq, qoşunumuzdan bir nəfəri sağ qalmazdı. Bu sayaq insanlarla qarşılaşdığımız halda nə etməliydik?!"
Əliəsğər Səffar Hərəndi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto