21 Noyabr 2024 - 21
Tövhid kəlməsini əksinə olan bir ibarə demək məsələn: "La ilahə illa..." (Nöqtələrin yerinə imam Hüseynin (ə), həzrət Əbülfəzlin (ə), həzrət Zəhranın (s) həzrət Zeynəbin (s) adı gəlir) deməyin şəri hökmü nədir?
Cavab: Aydındır ki, fiqhi cəhətdən kimsə bu cür ifadəni, onun mənasına diqqət edərək, bilərəkdən deyərsə həqiqi şirk etmiş olur. Gərək diqqət olunsun ki, bu növ ifadələri işlətmək qətiyyətlə demək olar ki, insanı Tövhid vadisindən çıxarıb, şirk vadisinə daxil edir və qətiyyətlə demək olar ki, o böyüklərin özləri belə, bu cür işə razı deyil və şiə tarixində həmişə ğulat kimi tanınan bu dəstəni düşmən bilmişlər. Diqqət olunmalıdır bu cür ifadələri din və Əhli-beyt (ə) məzhəbi şirkdə ittiham edir. Başqa sözlə desək bu növ kəlimə və ifadələr təkcə onu deyəni yox əksinə məzhəbin şirkdə ittiham edir. Bu növ ifadələrdən istifadə edənlər imam Zamanın (ə) yanında nə cavab verəcəklər? Bu növ təhrifləri əsası Tövhid olan dinə aid edənlər, Allah Təala yanında necə cavab verəcək? Əmanət kimi bizim ixtiyarımızda qoyulan və imam Hüseyn (ə) ilə qorunan bu din və məzhəbin əslini belə insanlar bu növ ifadələrlə məhv edirlər və onları Əba Əbdullahın (ə), həzrət Zəhranın (s) və həzrət Zeynəbin (s) ardıcılları adlandırmaq olarmı?
Ayətullah Fazil Lənkərani