18 Aprel 2025 - 18
Aşura gecəsi imamın hərəminə 20 böyük məşk su gətirildi. Su o qədər çox idi ki, imam yuyunmağa icazə vermişdi. Bu da məlumdur ki, aşura günü sübh azanından sonra xeymələrdə su qalmamışdı. Allah və Cəbrail tərəfindən peyğəmbərlərə bəyan olunmuş rəvayətlərə əsasən Kərbəlada ən mühüm məsələlərdən biri susuzluq olmuşdur. Şiddətli isti, susuz torpaq, hərəkət savaş meydanındakı teşnəliyi şiddətləndirmişdi. Axı körpə uşağın susuzluğa nə qədər davamı ola bilər?!
Allah-təala imam Hüseynin aşura günündəki teşnəliyini həzrət Adəmə belə vəsf edir: "Teşnəlik onun gözləri ilə səma arasında bəlli olar!" Cəbraildən nəql olunmuş bir rəvayətdə isə belə deyilir: "Teşnəlik onun övladlarını öldürər!"
Bütün səhabələr teşnə halda şəhid olasıdır. Amma zahirən belə görünür ki, ruhları cəsədlərindən çıxmazdan öncə misal aləmində həzrət Peyğəmbər (s) onlara su içirər. Əli ibn Hüseyn (ə) deyir: "Atacan! Babam rəsulullah buradadır, məni sirab etdi. O, əlində digər bir cam sənin intizarındadır." Amma zahir aləmində teşnəlik şiddətli idi, hətta candan keçməklə su gətirmək mümkün deyildi.
Sünni tarixçilərindən biri yazır ki, Hüseyn ibn Əli Quranı başına tutub buyurdu: "Ey xalq! Mənimlə sizin aranızda Allahın kitabı və cəddim peyğəmbər hakim olsun. İmam xütbə oxuduğu vaxt gördü ki, nazənin körpəsi susuzluğun şiddətindən üzülüb qalıb. Bacısı körpəni imama verdi.
İmam buyurdu: "Əgər məni mərhəmətə layiq bilmirsinizsə, bu südəmər körpənin günahı nədir?" İmamın öz sözünü tamamlayıb, tamamlamadığını bilmirəm. Rəvayətçi deyir ki, imam körpəni öpmək üçün əyilib mübarək dodaqlarını onun çöhrəsinə yaxınlaşdırdı. Qəfildən gördü ki, körpənin boğazı yırtılıb və qan axır. Bəzi rəvayətlərdə bildirilir ki, körpənin boğazını ox dəlmişdi. İmam qanı səmaya səpdi. İmam Baqirdən (ə) nəql olunur ki, bu qandan bar damlası qayıdıb yerə düşmədi. Yəni hazır dayanmış mələklər qan damlalarını hədiyyə olaraq ərşə qaldırdı! Körpə imamın qucağında gülümsünüb gözünü əbədi yumdu. İmamın meydandan qayıtdığını gördülər. O nə etmək istəyirdi? Xeymələrin arxasına keçib qılıncın qılafı ilə torpağı qazdı və körpə üçün kiçik bir qəbir hazırladı. Körpə qana bulanmış bələyində qəbirə qoyuldu..
Əli Əsğər Hərəndi