23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Şimrin amannamə təklifi və Əbəlfəzlin cavabı
02.04.2018

İmam Hüseyn (ə) xeymədə olduğu vaxt bayırda çox çirkin, amma tanış bir səs eşitdi. Kimsə belə bir fəryad çəkdi: "Bacımın övladları haradadır?" Abbas və qardaşları başlarını aşağı saldılar. İmam Hüseyn buyurdu: "Ona cavab verin. Azğın da olsa, sizinlə qohumdur. Görün nə deyir." Əbəlfəzl öndə, qardaşları onun arxasınca Şimrin qarşısına çıxdılar. Nə üçün gəldiyini soruşdular. Şimr dedi: "Ey bacım oğlanları! (Şimr də Ümmül-Bənin kimi Bəni-Kəlab tayfasından idi. Bir qadınla qohumluq əlaqəsində olan şəxs həmin qadını bacı, onun övladlarını bacıoğlu çağırardı.) Mən Süməyyənin oğlundan (İbn Ziyaddan) sizin üçün aman almışam. Gəlin və Hüseyni himayə etməkdən əl götürün."

Onun sözü başa çatmamış həzrət Əbəlfəzl (ə) buyurdu: "Əllərin kəsilsin! Allah sənə də, sənin amanına da lənət etsin! Biz Allahın amanındayıq və Süməyyə oğlunun amanını istəmirik." Bizə təklif edirsən ki, Seyyidimiz, rəhbərimiz, qardaşımızdan əl çəkək və Yəzidə, Bəni-Üməyyəyə qoşulaq?! Şimr narahat oldu və başını aşağı salıb getdi. Əbül-Fəzl və qardaşları geri qayıdıb əhvalatı imama danışdılar.

İmam Hüseyn öz qardaşlarını yaxşı tanıyırdı və bilirdi ki, başqa cür ola bilməz! (Bəzi mənbələrdə yazırlar ki, imam öz qardaşlarına "siz də gedin" buyurub. Bu batil bir sözdür. İmam Hüseyn aşura gecəsi ona görə "gedin" söyləmişdi ki, gələcək nəsillər onun ətrafındakıları yaxşı tanısın.)

Əliəsğər Səffar Hərəndi