19 Aprel 2025 - 19

19 Aprel 2025 - 19

Xanım Zeynəb öz duruşu ilə bütün dünyaya haqqı çatdırdı
16.04.2018

Xanım Zeynəb (ə) həm peyğəmbərin nəvəsi idi, həm böyüdüyü ocaq həzrət Əli (ə) və həzrət Zəhra (ə) ailəsi idi, həm də həzrət Hüseyn və həzrət Həsən kimi imamların bacısı idi. Amma bunlara baxmayaraq xanım Zeynəbi digər məqam sahibi xanımlardan fərqləndirən özünün xüsusi özəllikləri idi. Onun xüsusi elmi var idi. Yəni elə bir elm idi ki, heç bir müəllim və ustada söykənmirdi. Ümumiyyətlə insanın yüksək məqama nail olması elm və onun əməlinə bağlıdır. Yəni bu ikisi sanki iki qanada bənzəyir. Yəni bu ikisi biri-birindən qırılmaz bir zəncirdi. Bu xanım Zeynəbdə özünü kamil formada birləşdirmişdi.

İmam Hüseyn bu hərakatı ilə, etirazı ilə "İslamın başında Yezid kimi bir insanın olması İslamın fatihəsi deməkdir" deməsi ilə böyük bir inqilab etdi. Amma xanım Zeynəbin olması bu hərakatı yaşatdı. Xanım Zeynəb olmasaydı bu hərakatın yaşaması mümkün deyildi. Çünki o, hər çıxışında, hər etirazında bu haqda xəbərlər verdi.
İbn Ziyad başda olmaqla Yezid və onun qoşunu, insanları yığıb Kərbəlaya doğru hərəkət edəndə orda olan silahdaşlarına "biz peyğəmbərin nəvəsi ilə müharibəyə gedirik" deməmişdilər. "Biz bir xəvariclə, dindən dönmüşlə müharibəyə gedirik" demişdilər. Hətta İmam Hüseynin namaza duruşunda belə əmr edirlər "onları oxa tutun, namazdan qalsınlar! Yoxsa başa düşərlər ki, biz bir müsəlmanla döyüşürük".
Amma Xanım Zeynəb öz duruşu ilə, məqamı ilə, öz şücaətli və qeyrtəli çıxışları ilə bütün dünyaya xəbər yaydı ki, bu müharibə peyğəmbərin ciyər-parəsi İmam Hüseynlə (ə) olan müharibədir.

Lalə Mehdizadə