18 Aprel 2025 - 18

18 Aprel 2025 - 18

Peyğəmbərə ən çox bənzəyən və Bəni-Haşimin ilk şəhidi - Əli Əkbər (ə)
28.04.2018

Həzrət Əli Əkbərin doğum günü cavanlar günü kimi qeyd olunur. Çünki o Kərbəla cavanıdır. Həzrət Əli Əkbər peyğəmbərin nəticəsi idi. Əti peyğəmbərin ətindən, qanı peyğəmbərin qanından, sümüyü o həzrətin sümüyündən. Fizioloji cəhəddən oxşarlıq təbii görünür, amma əxlaq, rəftar və davranışında peyğəmbərə ən çox oxşayan adamdır.

Peyğəmbərin əxlaqının barəsində Mütəal-Allah deyir: "Ya Rəsulallah, sən böyük bir əxlaqa malik adamsan." İmam Hüseyn buyurur ki, Əli Əkbər də əxlaqında peyğəmbərə oxşayan şəxsdir.

Kərbəla səhnəsində yeganə adam ki, İmam Hüseyndən icazə istəyəndə onun sözünü yayındırmayıb, o da həzrət Əli Əkbərdir. İmam Hüseynə deyəndə ki mənə icazə ver döyüşə gedim, imam buyurdu: Get.

Əli Əkbər Kərbəlada Bəni-haşimin ilk şəhididir. Həm simasından, həm də əxlaqından peyğəmbərə bənzəyirdi. Həzrət Əli Əkbər Kərbəlada şəhid olanda cəmi 28 yaşı var idi. İmam Hüseynin ilk oğlu idi.

İmam Hüseyn oğlanlarının adını Əli, Əli, Əli qoymuşdu. Ona deyirdilər "Əli Əkbər" yəni böyük Əli. İmam Səccada deyirdilər "Əliyyi Övsəd" yəni ortancıl Əli. O birisi Əli isə Əli Əsğər yəni kiçik Əli. İmam Hüseynin böyük oğlu Əli Əkbər idi. Hicrətin 61-ci ili Aşura günü qəhrəmancasına döyüşdü, inancının, etiqadının, dininin, haqq bildiyi öndərinin gözləri önündə şəhid oldu. Həzrət Əli Əkbər İmam Hüseynin mübarək qədəmlərinin altında dəfn olunub.

Sərdar Hacıhəsənli