19 Aprel 2025 - 19
Bəziləri bu mənzilləri (red- əsirlərin dayandığı yerlər) 20-yə qədər sayıblar ki, Əhli-beyti saxlayıblar və Əhli-beyti dindən xaric olmuş bir şəxslər kimi qələmə verib, cəmiyyətdə onlara qarşı mənfi düşüncə yaranmasına səbəb olublar. Camaat da həmin zaman hakimiyyətin istədiyi kimi, onların istiqamətləndirdiyi yolda Əhli-beyti qarşılayıblar və Əhli-beyt ilə rəftar ediblər.
Tarix yazıçıları qeyd edirlər ki, onlar əsirləri şəhərbəşəhər gəzdirməklə həm mövcud hakimiyyətin gücünü göstərib camaatda bir növ qorxu yaratmaq istəyirdilər və eyni zamanda Əhli-beyti aşağılamaq, Əhli-beyti gözdən salmaq məqsədi ilə onları həqiqi mənada İslam və din düşməni kimi insanlara təqdim etdilər. Bu əqidə ilə, elə bir güman edirdilər ki, bu əməl insanların qəlbindən Əli məhəbbətini, Əhli-beyt məhəbbətini siləcək, təmizləyəcək. Bu xəyal ilə, bu təsəvvür ilə bunlar Əhli-beyti uzun bir məsafə ilə şəhər-şəhər gəzdiriblər. Hər mənzildə də saxlayıb oranın camaatını toplayıb Əhli-beyti xarici şəxslər kimi, din düşməni kimi təqdib ediblər.
İlham Əliyev