19 Aprel 2025 - 19
İmam Zeynul Abidin (ə) Şam yolunu və Şamda olan hadisələri özlərinin an ağır müsübəti adlandırıb və bu barədə buyurub:
"Şam səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!" ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).
Əsirlərin və şəhidlərin başlarını Şama apararkən bir gün axşam vaxtı Yezidin əsgərləri dincəlmək üçün yolda bir xristian məbədinin yanında otururlar. İçəridə otağında dincələn bir keşeş bayırda səs-küy eşidir və pəncərədən bayıra boylanıb bir dəstə görür. Onların yanına gəlir. Keşeş nizələrə taxılmış başları görüb təəccüblənir və əhvalatın əslini soruşur. Onlar da Yezidə qarşı qiyam etmiş bir "xaricinin" qətl edildiyini, onun və dostlarının başının Şama saraya aparıldığını deyirlər.
Keşiş:
Başcınız kimdir?
Dedilər:
Xuli (Bu həmin Xulidir ki, imamın mübarək başını tamah məqsədi ilə evində gizlətmişdi).
Keşişin nəzəri İmamın mübarək, nuranı simasına düşür və soruşur:
Bu şəxs kimdir, adı və atasının adı nədir?
Xuli: Hüseyn ibn Əli ibn Əbu Talib (ə).
Keşiş təəccüblənir və davamında : Bəs anası kimdir, kimlərdəndir?
Xuli: Fatimə binti Muhəmmədil-Mustafa (s).
Keşiş: Bu sizin peyğəmbərnizin nəvəsidir?
Xuli: Bəli! O Yezidə qarşı çıxıb.
Keşiş Xuliyə deyir ki, sabaha kimi burdasız bu mübarək başı verin mənim otağımda qalsın. Lakin Xuli Yezidin qorxusundan razı olmur. Amma keşişin 10000 dirhəm təklifindən keçə bilməyib razılaşır. Keşiş mübarək başı otaqına gətirib təmizləyir, ətirləyir və səhərə qədər oturub Allaha yalvararaq bu vəhşiliyə və məzlumiyyətə ağlayır:
- Ey Əba Abdullah Allaha and olsun ki, mənə çox ağır gəlir ki, sizinlə Kərbəlada olub canımı sizə fəda edə bilmədim! Sən babanla görüşəndə mənim Allahın təkliyinə və Peyğəmbərə olan şəhadətimə şahid olarsan!
Səhər açılanda isə mübarək başı o məlunlara təhvil verir. Tarixi mənbələrdə deyilir ki, həmin keşiş İslamı qəbul edir və ömrünün axırına kimi Əhli Betyin (ə) xidmətində olur.
Y.Nuriyev