23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəla qəhrəmanlığının xatirəsi
19.05.2018

Məhərrəm ayının gəlib çatması ilə əbədi Kərbəla qəhrəmanlığının xatirəsi canlanır və hamı Hüseyn ibni Əlini (ə) müqəddəs hərəkatı ilə əlaqə qura bilir. Çünki İmam Hüseynin (ə) qiyamı təkcə bir qarşıdurma deyil və ən yüksək əxlaq və mərifət üçün bir məktəbdir.

İmam Hüseyn (ə) öz hərəkatına başlayanda Əhli-beyt (ə) tərəfdarları sayılan Kufə əhalisi Yezidin zülmkarlığı və pozğunluğunu bilib İmam Hüseynin (ə) böyük məqamı ilə tanış idi. Amma onların az sayı İmam Hüseynə yardım etdi. Şübhəsiz, İmam Hüseyn (ə) qiyamını ən yüksək xüsusiyyətlərindin biri vəfalı dostların canfəşanlığı olmuşdur. Bu vəfalı dostları tanımadan Kərbəla hadisəsi ilə düzgün tanış olmaq qeyri-mümkündür.

İmam Hüseynin (ə) silahdaşlarının ən bariz xüsusiyyətləri onların qədəm qoyduqları yolu tanıyıb və bu istiqamətdə əzmkar idilər. Bu əzmkarlıq bütün vəsvəsələri aradan qaldırır. Mərifət olmayan yerdə yayınma halı baş veir. İmam Hüseynin (ə) silahdaşları dərin mərifətə çatmışdılar. Onların sözlərində ilahi dəyərləri müdafiə etmək və İmam Hüsyenin mövqeyini başa düşmələri öz əksini tapır. Bu dərin düşüncəni İmam Hüseynin (ə) 14 yaşlı qardaşı oğlu Qasim İbni Həsənin sözlərində müşahidə etmək olur. Eyni halda bu düşncə 80 yaşlı Həbib İbni Məzahirin sözlərində müşahidə olunur sanki bir vahid ruh iki cismə daxil olmuşdur.

Ağ və uzun saçları və nüfuzlu gözləri onu başqaları ilə fərqləndirirdi. Kərbəlaya gec yollanmışsa da möhkəm arxa sayılırdı. Həbib İbni Məzahir Müslüm İbni Osocə ilə bərabər atla Kufədən çıxmışdılar. Həbibin yaşı 80-ə çatmışsa da çevik bir gənc kimi özünü Kərbəlaya çatdırmışdı. Vaxtı ilə Əlinin (ə) yardımçısı olan 2 səmimi dost hazırda onun oğluna yardım etmək istəyirdi.

Həbib İbni Məzahir və Müslüm ibni Övsəcə məhərrəmin 6-cı günü Kərbəlaya çatdılar.

İmam Hüseyn (ə) Həbibi bağrına basdı və o yağmurlu gözləri ilə Kərbəla səhrasının torpağına səcdə etdi. İmam Hüseynin ən yaşlı silahdaşı coşqu ilə ürəklərə ümid bəxş edirdi. Həbibin Quran oxuması gecələr Kərbəla səhrasını bürüyürdü. O hər bir fürsətdə günü gündən artan düşmən ordusunu hidayət etməyə önəm verirdi. Həbib onlara xitabən söyləyirdi, Ey tayfa ! pis camaatsız! Dünən məktub yazın Hüseyni dəvət etmisiz və bu gün əhd- peyma sındırıb hörməti pozmusunuz.

Peyğəmbərin övladlarını həlak etdiyiniz halda qiyamətdə nə cavab verəcəksiniz?

Aşura gecəsində fədaklarlıq Həbibin vücudunu bürümüşdü.

İmam Hüseyn şəhadətə hazırlanmağa sərəncam vermişdi. Nafe İbn Hilal nigaranlıqla Həbibin yanına gəlib söylədi: İmam Hüseyni xeymələrin kənarında gördüm. O bacısı Zeynəbin xeyməsinə getdi və eşitdim ki, Əlinin (ə) qızı ondan soruşdu: Qradaşım! Dostlarını sınaqdan keçirmisən ki, sabah qanlı meydanada səni tək buraxmasınlar? Nafe davam edirdi: Ey Həbib! Peyğəmbərin qızı sabahdan nigarandır. Deyəsən bizə inamı yoxdur.

Həbib İbni Məzahir Zeynəbin (ə) nigarançılığını bilərək bəzi dostlarla bərabər onun xeyməsinin kənarına gedib belə danışdı. Ey peyğəmbərin qızı! Ey Əlinin gözünün işığı! Əgər mövlamız izn versə dərhal qılıncı düşmənin canına sancarıq, Hüseynin yolunda can vermək sadə işdir.

Həbib danışaraq ağladı və Zeynəb (ə) onu belə cavablandırdı. Afərin olsun siz dostlara! Peyğəmbər qızlarının hərəmini müdafiə edin, ey candan keçənlər xeymələri mühafizə edin. Az sonra Həbib, İmamın mehriban əllərini güclü çiyinlərində hiss etdi, Hüseyn hərarətli səsilə söylədi: Ey bacım dostlarımı sınaqdan keçirmişəm Allaha and olsun ki, onları sıldırımlar kimi möhkəm gördüm.

Həbib aşura axşamı dostlara söylədi: Sabah ilkin şəhidlər biz olmalıyıq. Biz olana kimi Bəni Haşim meydana getməməlidir. Qəhrəmanlığın səhər çağı gəlib çatdı. Həbib İmamın arxasında namazı qılandan sonra qoşunun sol tərəfində dayandı. Hüseynin ən qocaman dostu hələ də Quran tilavət edirdi. Ömər Səd ləşkərinin ox yağdırması başlandı. Həbib döyüş meydanında at çapdırırdı. O belə səslənmişdir: Mən Həbibəm, Məzahirin oğlu. Döyüş meydanında birinciyəm. Əlimdə kəskin qılınc var. Biz ləyaqətli və haqlıyıq amma siz fırıldaq və əhd sındıransınız. Ey alçaqlar dayanmaq yerinə qılınc oynatmaqdan qorxmuram. Ölüm mənim üçün şəkər kimidr mən Hüseynin dostuyam. O pak, başıuca sitayişə layiqdir.

Daş, ox və nizə yağan halda Həbib təkbir deyərək düşməni qırdı bu halda bir nizə Həbibin böyrünə daxil oldu və bir qılınc başını parçaladı. O yerə yıxılmaqla düşmən ona yaxınlaşmağa cəsarət etdi. Peyğəmbər (s) , Əli (ə) və Hüseynin (ə) vəfalı səhabəsi yerə yıxıldı və onun ağ saçları qana bulaşdı. Az sonra bu böyük sərkərdənin başı düşmənin əllərində gəzdirilirdi və İmam yağmurlu gözləri ilə belə zümzümə edirdi. Ey Həbib! Allah sənə bərəkət versin. Nə də fəzilətli bir insan idin. Hər gecə Quranı bitirməmiş səhərə etməzdin.

Namiq Vəliyev