23 Noyabr 2024 - 23
Kərbəla səhrasına baxdığımız zaman görürük ki, oradakı qadınların vəhdətində həzrət Zeynəbin (ə) böyük rolu var. Eyni zamanda o qadınlar da həzrət Zeynəbin hansı məqama sahib olduğunu yaxşı bilirdilər. Həzrət Zeynəb imam övladı və imam bacısı idi. Əlbəttə onlardan daha üstün məqamda idi. Buna görə də oradakı qadınlar həzrət Zeynəbi dinləməli və ona itaət etməli idilər.
Məsələn Suheyl İmam Hüseynin (ə) əsgərlərindən biri idi ki, Kərbəlaya gedəndə həyat yoldaşını aparmadı. Xanımı ondan soruşdu ki, niyə məni də özünlə aparmırsan?
Suheyl dedi: "Mən səni əsir olaraq görməyə dözə bilmərəm. Səni əsir görsəm mən meydana gedə bilmərəm".
Xanımı Dilhəm belə dedi: "Suheyl Xanım Zeynəb (ə) məndən aşağı məqama sahibdir ki, o əsir olduğu halda mən rahat və azad yaşayım? Əlbəttə ki, həzrət Zeynəb məndən daha üstündür. Əgər o əsir olacaqsa mən də əsir olmalıyam, əgər onun qarddaşları, övladları öldürüləcəksə mənim də həyat yoldaşım, övladlarım öldürülsün".
Bu xanım və Kərbəla səhrasında olan bütün xanımların belə bir böyük ürəyi var idi. Həzrət Zeynəbin halına baxıb hərəkət edirdilər. O nə edirsə onu edirdilər. Kərbəlada onların müvəffəqiyyətlərinin səbəblərindən biri də oradakı qadınların vəhdəti idi.
Məsələn təsəvvür edin ki, bir nəfər meydanda döyüşdüyü an həyat yoldaşının səsini eşidir, ağladığını eşidir. Və o anda diqqəti orada qalar və öldürülər. Amma baxın Kərbəlaya o, 72 nəfər yüzlərlə insanı orada öldürdülər. Buna səbəb nə idi? Həzrət Zeynəbin dayandığı yerdə dayanmaları, həzrət Zeynəbin (ə) getdiyi zaman getmələri idi. Elə buna görə də Kərbəla səhnəsində böyük bir qələbə əldə edildi. 1400 ildir milyonlarla insan o məktəbin təfəkküründə, o məktəbin düşüncəsində və o məktəbi dərk edərək ağlamaqdadır.
Zəhra Aksu