23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) dəfələrlə imtahan etdiyi Kərbəla şəhidi
31.05.2018

Kərbəla hadisəsi də bir növ imtahalardandır ki, nəinki öz dövrü üçün, hətta bütün dövrlərdə keçərlidir. Hadisənin baş verdiyi zaman həmin dövrün insanları İmamı (ə) qorumaqda məsuliyyəti idilər. İndiki dövrdə də insanlar bu hadisənin düzgün tarixini, səbəb fəlsəfəsini, ideloji əsalarını qorumaq, öz həyatlarını və əqidələrini bu prinsiplər əsasında qurmaqda vəzifəlidirlər. Qısası Peyğəmbər (s) və Əhli Beyt (ə) yolunu izləmək, öz həyatını bu meyarla nizamlamaq.

Kərbəla hadisəsi öz dövründə bir çox insanları silkələyib ayıltdığı kimi, Bəşir ibn Amr Xəzrəmidə də dərin iz buraxdı. İmamın (ə) Ömər Sədlə tək-bətək görüşdüyü vaxt fürsətdən istifadə edib, qaçdı və İmamın (ə) fədailərinə qoşuldu. Xəzrəmi Kində qəbiləsindən, Yəmən əsilli Kufə əhlindən idi.

Xəzrəmi bu imtahanının ardınca daha bir sıxıntıya düçar oldu. Ona oğlunun Rey şəhəri yaxınlığında həbs olunması xəbəri gəldi. Bu xəbər Xəzrəmini çox məşğul edirdi. İmam (ə) tasua gecəsi hər kəslə vidalaşanda onlardan öz beyətini götürdüyünü söylədi. Həmçinin üzünü Xəzrəmiyə tutub buyurdu: Səndən öz beyətimi göyürürəm. Get oğlunu azad etmək üçün bir iş gör. Qəlbi Hüseyn (ə) eşqi ilə çırpınan Xəzrəmi bir beytlə dedi:

Əgər sənin yanından çıxıb getsəm qoy yırtıcılar məni parçalayıb diri-diri yesinlər!

İmam Hüseyn (ə) bütün əshabı ilə tək-tək görüşdü və onlara getmək izni verdi. Xəzrəmini bir daha çağırıb oğlunun ardınca getməsini söylədi. Lakin Xəzrəmi heç vəchlə İmamdan (ə) ayrılmayıb, öz mövlasının önündə şəhadət dərəcəsinə yüksəldi.

Y.Nuriyev