03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseynin (ə) hüzurunda şəhadətə tələsən Quran qarisi
07.06.2018

Nafe ibni Hilal Quran qarisi olub, Əmirəl-möminin (ə) səhabələrindən idi ki, üç döyüşdə həzrətlə (ə) bir yerdə vuruşmuşdu. Bu şücaətli və igid insan Müslim ibni Əqil şəhid olmazdan əvvəl İmam Hüseynə (ə) qoşulmaq üçün Kufəyə hərəkət edir. Nökərinə əmr etmişdi ki, atını onun ardınca gətirsin.

O ayaqyalın, imamı (ə) ilə görüşmək həsrəti ilə bir neçə fərsəx yolu gəlir və imama (ə) çatır. Həzrətlə (ə) bir yerdə Kərbəlaya gəlir.

İbni Şəhr-Aşub nəql edir: "O zaman ki, Hürr ibni Yazid İmam Hüseynin (ə) işini çətinləşdirir, Həzrət (ə) tərəfdaşlarının qarşısına keçib, xütbə deyir.

İmam buyurur: "İşlərin hansı yerə gəlib çatdığını görürsünüz, baxmayaraq ki, inandırıcı deyildir, ancaq dünya özünü bilməməzliyə vurmuşdur. Üz çevirir və bu bəyənilməyən yolu davam etdirəcəkdir. Bizim ömrümüzdən bir şey qalmamışdır. Məgər görmürsünüz ki, haqqa əməl olunmur, batildən çəkinmirlər? Ona görə də mömin gərək Allahla görüşə rəğbət bəsləsin. Mən ölümü səadət bilirəm, zalımla yaşamağı yorğunluq bilirəm".

Bu zaman Nafe deyir: "Bu yolu getmək lazımdır". O, bu sözləri ilə ilk cərgədə qərarlaşdı. Sərdarına təskinlik vermək üçün bu sözləri deyərək, kin və küdurəti məhv etdi. Sonra o, dedi:

"Ey Allah Rəsulunun oğlu! Sən özün agahsan və bilirsən ki, sənin cəddin Allahın Rəsulu (s) sevgi iksirini bu insanlara içizdirməyə müvəffəq olmadı. Bu insanlardan o kəslər ki, ikiqəlbli və münafiq idilər, yardım etmək vədəsi verirdilər. Qəlblərində isə məkrin xəyalını edirdilər. Baldan da şirin sözləri və qiyafələri ilə irəli gəlirdilər və başlarının arxasında isə elə rəftarlar edirdilər ki, öddən də acı idi. O zamana qədər ki, Allah onu Peyğəmbəri (s) bizim aramızdan Özü üçün götürdü və apardı. Bayrağının altında olduğumuz atan Əli (ə) giriftarlıqlarda qaldı və bu giriftarlıqlar o zaman olmuşdu ki, cəddinin insanları yardım üçün ayağa qalxmışdılar və əhdi sındıranlar ilə Cəməldə, Siffeyndə, Nəhrivanda vuruşmuşdular. İnsanlar onun əksinə getdilər o zamana qədər ki, əcəli gəlib çatdı. Allahın rəhmətinə və rizvanına tərəf getdi. Bu gün sən də bizim yanımızda bu vəziyyətə giriftar olmusan. Lakin o kəs ki, əhdini pozub və mərdlik libasını özündən uzaqlaşdırıbdır, canı ilə düşmənçilik edibdir – öz nəfsindən başqasına ziyan vurmayacaqdır. Allah bizləri ondan ehtiyacsız edəcəkdir. İndi bizi götür və dərdi-sərsiz və minnətsiz başıuca halda apar. Əgər istəsən – şərqə və əgər istəsən – qərbə. Çünki Allaha and olsun ki, bizim qorxumuz yoxdur və Allahla görüşməkdən üz çevirmirik. Ona görə də öz niyyətimizin üzərində dayanır və öz əqidəmizdə möhkəmik. Səninlə dostluq edənlərlə dostluq planı qururuq, səninlə düşmənçilik edənlə düşmənçilik edirik".

Nafe Aşura günü xüsusi şövq və həyəcanla düşmənə hücum edir və Ömər Sədin ordusundan 12 nəfərini öldürür və ordu onu öldürmək üçün hərəkətə gəlir və başına tökülürlər. Onu daşlayırlar və oxlayırlar, o zamana qədər ki, iki biləyini sındırırlar. Ondan sonra onu tutub əsir edirlər. Şimr ibni-Zil-Couşən ona nəzər salır və onu Ömərin yanına aparır.

Ömər Səd ona deyir: "Ey Nafe! Allah fəryadına çatsın, özünlə nə etmisən? Hansı xəyalla özünü bu vəziyyətə salmısan?".

Nafə rəşadətlə deyir: "Allah bilir ki, hansı məqsədim və muradım olmuşdur".

Başqa biri ona nəzər salıb deyir: "Heç görmürsən, özünü nə hala salmısan?"

Nafe deyir: "Allaha and olsun ki, öz səyimi etmişəm və sizlərdən 12 nəfərini öldürmüşəm. Özümü bu səyimə görə danlamıram və əgər biləyim qalsaydı, məni əsir götürməzdiniz"

Şimr Ömərə deyir: "Onu öldür"

Ömər cavabında deyir: "Sən özün onu gətirmisən, istəyirsənsə özün öldür"

Şimr qılıncını çıxardanda Nafe deyir: "Allaha şükür edirəm ki, ölümümü xilqətinin ən şər insanının əli ilə qərar verdi". Sonra Şimrin əli ilə şəhid oldu.

Deyerler.org