23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura əsirlərinin Şama yola düşməsi və məruz qaldığı çətinliklər
18.06.2018

Aşura günü İmam Hüseynin (ə) və yoldaşlarının şəhadətindən sonra Yezid qoşunu xeymələrə hücum edib hər şeyi talan etdilər və Peyğəmbər (ə) balalarını və onlarla birgə olanları əsir aldılar. Bütün əsirləri və şəhidlərin kəsilmiş başlarını Kufəyə İbn Ziyadın sarayına gətirdilər. Hətta tarixdə qeyd olunur ki, şəhidlərin başlarını nizələrə taxıb əsirlərin arasında aparırdılar ki, onlara daha ağır və əziyyətverici olsun.

Tarixi mənbələrə əsasən əsirlər məhərrəm ayının 19-a kimi Kufə zindanında qaldılar. Yezid məlunun göstərişi ilə onlar Şama yola düşdülər. Qeyd edək ki, onlar Şama zəncirlənmiş, piyada, incidilərək aparıldılar. Bütün bunlardan daha acı olanı şəhidlərin kəsik başlarının nizələrə taxılıb düz onların yanları ilə aparılması idi. Nə qədər qadın-uşaq öz ərlərinin, övladlarının, atalarının nizəyə taxılmış başına baxmaq məcburiyyətində idilər.

İmam Zeynul Abidin (ə) Şam və Şam yolunun çətinliklərinə işarə edərək buyurur:

“Şam səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar. Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).

Rəvayətlərə görə Kərbəla əsirlərinin arasında olanlardan yalnız Bəni-Haşimlilər Şama aparıldı. Bəni-Haşimlilərdən olmayan qadın əsirlər isə müxtəlif vasitəçiliklərlə azad edildilər. Tarixçilər yazır ki, Bəni-Haşimdən olmayan qadınların tayfaları Kufənin lənətlənmiş valisi Ubeydullah ibn Ziyadaın yanına gələrək onların qohumlarının və yaxınlarının azad edilməsini istədilər. Bundan sonra Ubeydullah ibn Ziyad o tayfalardan müxtəlif vədlər alaraq, onların əsirlərini buraxdı.

/mgeo.ge/